MƏKANDA
- Vətənimiz Azərbaycanın digər guşə-lərində
olduğu kimi Şirvan zonasında yerləşən İsmayıllı rayonu
ərazisində də tarixi əhəmiyyəti olan yerlər mövcuddur.
Cavanşir qalası rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə... - Bu bölmədə rayonumuzun qəsəbələri və kəndləri
haqqında məlumat yeləşdirmişik.
Ağbulaq kəndi rayon mərkəzindən 15 km aralıqda yerləşir. Kəndin bünövrəsi ötən əsrin 30-cu illərində qoyulub. Əhalsi əsasən dağ kəndlərindən olan Həftəsov kəndindən köç edərək məskən salanlardır. Əsas yoldan 3 km aralıda yeləşir. Bu kənd haqqında informasiya əldə etmək asan deyil. Hətta keçmiş Azərbaycan Sovet Ensklopediyasında belə adı xatırlanmır. Baş Qafqaz silsiləsinin ətəyindədir. Ərəbşahverdi tayfasının qışlaq yerinin adı olmuşdur. Kənd XIX əsrin sonlarında həmin tayfaya mənsub ailələrin burada məskunlaşması nəticəsində yaranıb.
İsmayıllı rayonunun tarixçəsi

-
Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonun ərazisində olan yurd yerlərindən tapılan daş alətlər-daş çapacaqlar, bıçaqlar, nizə ucluqları, ox ucluqları, məişət əşyaları bu ərazidə hələ daş dövründə insanların yaşadıqlarını sübut edir.
Rayonun istər yüksək dağlıq, istər dağətəyi və düzən yerlərində qədim yaşayış məskənləri mövcuddur. Yaşayış məskənlərinin bir-birinə yaxın olması, bəzən geniş ərazinin qədim yaşayış məskəni olması İsmayıllı ərazi üçün xarakterik xüsusiyyətdir.
Müxtəlif tikinti, təsərrüfat işləri zamanı tapılmış maddi mədəniyyət nümunələri və ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri ərazidə əhalinin eneolit dövründə oturaq həyata keçdiyini təstiq etmişdir. Ərazidə tapılmış qəbir abidələrinin bəzilərində insanlar saxsı küplərdə, gil təknələrdə dəfn olunmuşlar. Ərazidən tapılan büstlər qədim əhalinin bütpərəstliyə stayiş etmələri ilə bağlıdır.
Rayonun ərazisində olan Mollaisaqlı yaşayış məskəni eradan əvvəl IV, eramızın əsrlərinə aiddir. Yaşayış məskənindən tapılan maddi–mədəniyyət nümunələri qəbir abidələri yaşayış məskəninin Qafqaz Albaniyasına məxsus olduğunu təsdiqləyir.
Sulut kəndi yaxınlığında yerləşən, 4 hektar sahəni əhatə edən Uzunboylar yaşayış məskəni və qəbirstanlığı öz zənginliyi ilə fərqlənir. Abidə eradan əvvəl I Minilliyin son rübünə aiddir.
Rayonun ərazisi qədim qalalarla da zəngindir. VII əsrə aid olan Talıstan kəndinin yaxınlığında yerləşən Cavanşir qalası məşhur alban sərkərdəsi və görkəmli hökmdarı olan Cavanşirin (642-681) adı ilə bağlıdır.
Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Cavanşirin hakimiyyət illərində isə Mehranilər hakimiyyətlərini bütün Albaniya ərazisinə yayılmışlar.
Xanagah kəndi yaxınlığında yerləşən Qız qalası VII əsr abidələrindəndir. Qalanın möhkəm müdafiə xarakterli olması bu gün də aydın şəkildə görünür.
Sulut kəndi yaxınlığında Fit dağının zirvəsində olan Fit qalası orta əsrlərə məxsus tikilidir. Qalanın tarixi haqqında çoxlu sayda əfsanələr mövcuddur. Əfsanələrin birində qalanın tarixi Makedoniyalı İsgəndərlə əlaqələndirilir. Lakin çox güman ki, Fit qalası Şirvanşahların yay iqamətgahı olmuşdur. Sonradan Şamaxı xanları qaladan sığınacaq kimi istifadə etmişlər. Şamaxı xanı Mustafa xan A.Qacara və işğalçı rus sərkərdəsi Sisianiova qarşı mübarizədə Fit qalasından sığınacaq kimi istifadə etmişdir.
Qalıqları indi də Xankəndində qalan Xan qalası XI-XV əsrlərdə inşa edilmişdir. Qala əsasən Şirvanşahların saray qalası kimi tikilmiş və əsasən yay iqamətgahı kimi istifadə edilmişdir.
Qalacıq kəndi yaxınlığında Qasımxan qalası, Sulut kəndi yaxınlığında Haram qalası, Buzxana, Qırxotaq, Lahıc yaxınlığında Niyal qalası tarixinin bir çox sirlərini özündə saxlayır.
Lahıc və Basqal qəsəbələri bu gün də orta əsr şəhəri nümunələri kimi əsl muzeydir.
Haqqımızda
İsmayıllı.info səhifəsinin yaranması ideyası məşhur rus
sosial saytlarının birində yaratdığımız İsmayıllılar qrupunun iştirakçıları ilə
təmasdan sonra yarandı. Oxuduğunuz bu səhifəni yaratmağımızın əsas səbəblərindən
biri də rayonumuz haqqında internet resurslarının az olmasıdır. Bu saytı
yaratmaq üçün istifadə etdiyimiz materialları müxtəlif mənbələrdən əldə etmişik.
Məlumatların toplanılması üçün əlindən gələni etmiş və hal-hazırda da bu işə
fayda verməyə çalışan hər kəsə təşəkkür edirik. Bu saytımızın ikinci versiyadı
və yəqin ki, səhifəmiz hələ bir-neçə dəfə də təkmilləşmə mərhələsini keçəcək və
vətənimiz Azərbaycanın gözəl guşəsi olan İsmayıllının adına layiq şəkildə
fəaliyyətini davam etdirərək, sizləri daha geniş informasiya ilə təmin edə
biləcəkdir.
P.S. Doğma
Azərbaycanımızın əsrarəngiz təbiəti, saf insanları ilə seçilən İsmayıllı rayonu
haqqında yaradılmış bu resursda maraqlı məlumatlar əldə edə biləcəyinizə
inanırıq. Əminik ki, bu resurs Sizlərin sayəsində getdikcə inkişaf edəcək və
sərhədsiz informasiya məkanında sözün əsl mənasında Bizim məkana çevrilə
biləcəkdir.
© İmran Agayev.