Maraqlı

İsmayıllı toponimləri

Afkeş - rayonun ərazisində çay. Girdiman çayının qollarından biri. Hidronimin tərkibindəki ağ sözü çay dərəsi süxurlarının ağ rəngdə olmasını bildirir, keş isə tatca “kiçik dağ çayı” mənasındadır.
Axoxçay, Ahohçay - rayonun ərazisində çay. Əyriçayın (Göyçayın) qolu. Dəvəbatan da adlanır. Türk dillərindəki ak(axın) və ox sözlərindən ibarət olub, “ox kimi axan” mənasını verir. Çayın dağlar arası ilə sürətlə axdığını ifadə edir.
Babadağ - Baş Qafqaz silsiləsində dağ. İsmayıllı və Quba rayonları sərhəddindədir. Bəzi tədqiqatçılara görə, dağın adı onun ziyarətgah yeri olması ilə əlaqədardır. Baba sözü pirlərə ehtiram olaraq verilən addır. Həzrətbaba piri də adlanır. Rəvayətə görə, Şabranda bir rəncbər (cütcü, əkinçi) plov yeyərkən bilmədən bir düyünü tapdaladığına görə özünü günahkar hesab etmiş və bu dağa qalxaraq az sonra orada vəfat etmişdir. Sonralar onun qəbri “müqəddəs” hesab edilmiş və ziyarətgaha çevrilmişdir.
Basqalçay - rayon ərazisində çay. Girdiman çayının sol qolu. Çay öz adını Basqal kəndinin adından almışdır.
Buzbulaq - rayon ərazisində dağ. Dağ buradakı bulağın adı ilə adlandırılmışdır. Bulağa isə bu ad suyunun buz kimi soyuq olması ilə əlaqədar verilmişdir.
Burovdal - rayon ərazisində dağ. Bəzi tədqiqatçılara görə, oronim tat dilində “kolkoslu yer” mənasındadır.
Burunsuval - rayon ərazisində Dəvəbatan çayı sahillərində dağ. Dağın adı burun (çıxıntı) və suval (dağ) sözlərinin birləşməsindən əmələ gəlib, “dağ burnu” mənasındadır.
Qabandağ - rayon ərazisində dağ. Girdiman çayının sahilində, Lahıcın yaxınlığındadır. Dağ keçmişdə həmin ərazidə çoxlu qaban (çöldonuzu) olması ilə əlaqədar olaraq belə adlandırılmışdır.
Qalaç - rayonun ərazisində, Niyaldağ silsiləsində zirvə. Dağın adı qala və mənsubiyyət bildirən - çı şəkilçisindən ibarət olub, “qalalı, qaladan gələnlər” mənasındadır.
Qarabulaq dağı - Baş Qafqaz silsiləsinin yamacında zirvə. İsmayıllının ərazisindədir. Dağ öz adını bulaq adından almışdır.
Qaragöl - rayonun ərazisində şirinsulu göl. Girdiman çayının sahili boyundadır. Arx vasitəsilə Girdiman çayına birləşdirilmişdir. Göl suyunun rənginə görə belə adlandırılmışdır.
Qara Süleyman - rayonun ərazisində dağ. Eyni adlı yaylaq da vardır. Qara Süleyman şəxs adıdır. Yaylaqdan otlaq kimi istifadə etdiyinə görə dağ həmin şəxsin adı ilə adlandırılmışdır.
Qovdağ silsiləsi - rayonun ərazisində Baş Qafqaz silsiləsi ilə Niyaldağ silsiləsi arasında dağ silsiləsi. Türkdilli peçeneqlərin qov tayfasının (qədim rus salnamələrində koy) adı ilə bağlıdır. Bu tayfa VIII-IX əsrlərdə (bəzi müəlliflərə görə, IX və ya XI əsrlər) peçeneqlərin tərkibində Azərbaycana gəlmişdilər. Qalacıq kəndinin şimalında Qovqadar dağı var. Yerli məlumata görə “Qovdağ” toponimi orada üstünlük təşkil edən qovotu bitkisinin adı ilə bağlıdır.
Dəvəbatan - İsmayıllı və Göyçay rayonları ərazisində çay. Çay dərəsi kolluq və bataqlıq olmuş, sonralar üstündə su anbarı tikilmişdir. Vaxtilə karvan yolu ilə Qəbələ tərəflərə gedən dəvələrin burada batması çayın belə adlanmasına səbəb olmuşdur.
Diyallı - rayonda Diyallı kəndindən 1 km şimal-qərbdə mineral bulaq. Bulaq öz adını ərazisində yerləşən yaşayış məntəqəsinin adından almışdır.
Əyriyaylaq - rayonun ərazisində dağ. Girdiman və Göyçay çaylarının suayrıcısıdır. Oronim əyri (formasına görə xalq belə adlandırmışdır) və yaylaq sözlərinin birləşməsindən ibarət olub, “əyri dağda olan yaylaq” mənasındadır.
Əmrəki - rayonun ərazisində dağ. Basqal kəndi yaxınlığındadır. Oronim Əmir (şəxs adı və ya titul -ordu başçısı) və tat dilindəki ki(dağ) sözlərindən ibarət olub, “Əmir dağı” deməkdir.
Zəngi - rayonun ərazisində çay. Girdiman çayı hövzəsinə daxildir. Çayın adı vaxtilə onun sahilində mövcud olmuş eyniadlı kəndin adı ilə əlaqədardır. 1950-ci ildən sonra kənd ləğv edilmiş, əhalisi İsmayıllı şəhərinə köçürülmüşdür. Həmin kənd öz adını bir vaxtlar bu ərazidə yaşamış zəngi tayfasının adından almışdır.
Zərnava - rayonun ərazisində mineral bulaq. Zərnava kəndindən cənubda, İlandağın qərb yamacındadır. Toponim tat dilindəki zər (sarı) və nova (gölməçə, bulaq) sözlərindən ibarət olub, “sarı bulaq” deməkdir. Kükürdlü olduğuna görə sarıya çalan suyundan müalicə vasitəsi kimi istifadə edilir.
Zərnova - rayonun ərazisində çay. Girdiman çayının qolu. Çay yaxınlığından axdığı Zərnava kəndinin adı ilə adlanmışdır.
İstisu - rayonun ərazisində çay. Qalacıq çayının qolu. Çayın adı onun yuxarı axarı boyunda istisu bulaqlarının olması ilə əlaqədardır.
Gəndov - rayonun ərazisində mineral bulaq. Girdiman çayının sağ sahilində. eyniadlı kəndin yaxınlığındadır. Yerli əhali arasında Gəndob kimi tələffüz olunur. Bulanıq suyu kükürd qoxuludur. Ehtimala görə toponim fars dilindəki kənd(üfunətli, iyli) və ov (ab/su) sözlərindən ibarətdir.
Girdiman - İsmayıllı, Ağsu və Kürdəmir rayonları ərazisində çay. Toponim orta əsrlərdə mövcud olmuş Albaniyanın (Qafqaz) Girdiman tarixi vilayətinin adındandır. Bəzi tədqiqatçılar toponimin İran mənşəli karta (qala) sözündən və məkan bildirən - man şəkilçisindən ibarət olduğunu söyləyirlər. Vilayət öz adını orada mövcud olmuş Girdiman qalasının adından almışdır. Həmin qalanın Talıstan kəndinin yaxınlığında, Ağçayın sahilində, sıldırım qaya üzərində yerləşən Cavanşir qalasının olması ehtimal edilir. Fələki Şirvani (XII əsr) bu qalanı Girdiman qala adlandırmışdır.
Lahıc - rayonda mineral su bulağı. Lahıc şəhər tipli qəsəbəsindən 2 km cənubda, Girdiman çayının sağ sahilindədir. Bulaq öz adını yaxınlıqdakı Lahıc yaşayış məntəqəsinin adından almışdır. Bulaq yerli əhali arasında Həmumağa (yəni “ağanın hamamı”) adı ilə də tanınır.
Lahıc aşırımı - rayon ərazisində, Niyaldağ silsiləsinin suayrıcındadır. Lahıc şəhər tipli qəsəbənin adı ilə adlanmışdır.
Lulodərəsi - rayon ərazisində çay. Çayın adı lolo (tatca “qaraçı”) və dərə sözlərindən ibarət olub, “qaraçı dərəsi” mənasındadır. Çay axdığı dərənin adını daşıyır.
Mərcdərəsi - rayonun ərazisində çay. Öz adını başlandığı Mərc dərəsinin adından almışdır. Mərc sözü Azərbaycan dilinin dialektlərində “biçənək, otlaq” mənasındadır.
Mıxtökəngədik - rayon ərazisində aşırım. İsmayıllının şimalında, Mıxtökən dağındadır. Oronim mıxtökəngədik (dağ belində batıq yer) sözlərindən ibarətdir. Yolu enişli-yoxuşlu, dağlıqdır. Toponim “at və başqa qoşqu heyvanlarının nalının mıxlarını tökən dağ” mənasındadır.
Mücü - rayonun ərazisində çay. Sulut çayının qolu. Çay öz adını Mücü kəndinin adından almışdır.
Namazgah - rayonun ərazisində mineral bulaq. Namazgah kəndi yaxınlığındadır. Yerli məlumata görə, bulaq ibadət yeri, namaz qılınan yer olduğu üçün belə adlanmışdır.
Niyaldağ - rayon ərazisində dağ. Yazılı mənbələrdə X əsrdən adı çəkilir. Toponimi bəzi tədqiqatçılar İranın Lahıcan mahalında olan eyniadlı oronimlə bağlayıb, Sasanilər dövründə şimala köçürülmüş lahıclara ilhaq etməklə gətirilmə ad olduğunu göstərirlər. Oronimin ikinci komponentinin (dağ) türkdilli olduğunu göstərib, niyal sözünün mənasını izah edə bilmirlər. Niyal komponenti isə qədim türk dillərindəki neal - nial sözündən olub, “yaşıl, göy ot, bitki” deməkdir.Azərbaycan dilində qoşa sait daxilinə incə samit daxil olması qanunauyğundur. Çox güman ki, İrandakı Niyaldağ türk köklü olub, “yaşıl, göy otlu, yağmurlu dağ” deməkdir.
Niyal dağa şırımı - Niyal aşırımı - rayon ərazisində aşırım. Lahıc ilə Basqal kəndləri arasındadır. Ərazisində erkən orta əsrlərə və Şirvanşahlar dövrünə aid toponimlər var.
Novdağ - rayonun ərazisində dağ. Toponimin tərkibindəki nov sözü burada “dağ yamacından aşağıya enən və çox da dərin olmayan dərə mənasındadır.
Novruznohur - rayon ərazisində göl. Girdiman çayının hövzəsindədir. Toponim özündə Novruz şəxs adını əks etdirir. Nohur “göl” mənasındadır.
Peşnə - rayonun ərazisində çay. Göyçayın qolu. Peşnə (tat dilində “peşin”) yerli dialektdə “mal-qaranın günorta vaxtı su içdiyi yer” mənasında işlədilir.
Peşnəçay - rayonun ərazisində Peşnə çayının sahilində mineral bulaqlar. Yerli əhali arasında müalicə məqsədilə istifadə olunur. Bulaq öz adını yaxınlıqdakı eyniadlı çayın adından almışdır.
Rəhimli - rayon ərazisində dağ. Niyaldağ silsiləsində zirvə. Lahıc qəsəbəsindən cənub-şərqdə Sulut çayının mənbə hissəsindədir. Keçmişdə maldarların yaylaq yeri olmuşdur. Dağ rəhimli elinin buradakı yaylaq yurdunun adı ilə adlanmışdır.
Sanqalan - rayon ərazisində dağ. Baş Qafqaz silsiləsinin cənub yamacındadır. Toponim tat dilindəki səng (daş) sözündən və məkan bildirən - lan formatından ibarət olub,(-a birləşdirici saitdir), “daş olan yer, daşlıq” mənasındadır. Dağa ad xarakterik xüsusiyyətinə (daşlı olmasına) görə verilmişdir.
Səlim-Soltan - rayonun ərazisində dağ. Yaylaq kimi istifadə olunur. Girdiman çayı hövzəsindədir. Dağın adı çox güman ki, oradan yay otlağı kimi istifadə etmiş Səlim-Soltan adlı şəxsin adı ilə bağlıdır.
Səngərçay - rayonun ərazisində çay. Göyçayın hövzəsindədir. Rayonun şimalında qala yeri olan, hər tərəfi dağlarla əhatə edilmiş çökəklikdə Səngər adlı yaylaq mövcuddur. Coğrafi mövqeyinə görə yaylağa belə ad verilmişdir. Çay öz mənbəyini həmin yaylaqdan aldığı üçün belə adlandırılmışdır.
Sulut - rayonun ərazisində çay. Ağsu çayının qolu toponim monqolca “daşlı çay” mənasındadır. Monqolustan ərazisində Çulut (monqolca “daşlı çay”) vadisi toponimi də qeydə alınmışdır.
Uçital - rayon ərazisində dağ. Üçtala adının təhrif olunmuş variantıdır. Bax (Uştal kəndi)
Uçuqçay - rayonun ərazisində çay. Çay öz adını başlandığı Şəkəm yaylasındakı Uçuq dağının adından almışdır. Ehtimal ki, dağ isə orada tez-tez uçqun hadisələri, sürüşmələr olduğu üçün belə adlanmışdır.
Fitdağ - rayonun ərazisində dağ. Basqal qəsəbəsindən şimal-şərqdədir. Orta əsrlərdə Şirvanşahların yay iqamətgahı və sığınacağı olmuşdur. Dağın döşündə daşdan müdafiə səddi çəkilmişdir. Fitdağda Qanlıqaya adlanan ərazidə Şirvan xanı Mustafa xanın ( 1791/92- 1820) tikdirdiyi qalanın xarabalıqları var. Bəzi tədqiqatçılar toponimi İran mənşəli pət (qoruyan, müdafiə edən) sözü ilə bağlayırlar. Ehtimal ki, qala daşın adı ilə adlanmışdır.
Xoşavand - rayon ərazisində dağ. Bozavənd kəndindən cənubdadır. Əsl adı Xocavənd. Oronim xaç və tat dilindəki vənd (təpə, kiçik dağ) sözlərindən ibarət olub, “xaç daşı olan dağ” mənasındadır. Dağın başında alban (Qafqaz) xristian dini tikililərinin qalıqları var.
Həftəsov - rayonun Həftəsov kəndi yaxınlığında mineral bulaqlar. Girdiman çayının sahilindədəir. Yerli əhali müalicə məqsədilə istifadə edir.
Çəndahar - rayonun ərazisində dağ. Girdiman çayının sağ sahilindədir. Oronim çən (duman) və dahar (tat dilində “qaya”) komponentlərinin birləşməsindən əmələ gəlib, “çənli qaya, dumanlı qaya” mənasındadır. Dağ həmişə dumanlı, çənli olduğuna görə belə adlandırılmışdır.
Cafalı-Cəfalı - rayonun ərazisində çay. Girdiman çayının qolu. Digər adı Qədçilə. Bəzən Cəfələ də adlanır. Yerli məlumata görə, leysan zamanı çay daşaraq ətraf əhaliyə əzab-əziyyət, cəfa verdiyi üçün belə adlanmışdır.
Şiliqaram aşırımı - rayonun ərazisində, Girdiman və Sulut çaylarının hövzələri arasında aşırım. Əsl adı Şilə-Hərəmi. Aşırımın adı şil (axsaq), - ə(birləşdirici fonem) və hərəmi (quldur. qaçaq) komponentlərindən ibarət olub, “axsaq quldur (qaçaq) aşırımı” deməkdir.

 

İsmayıllıda 1918-ci il erməni vəhşilikləri

 

Həqiqətlər, faktlar

Ermənilərin dünyanın bir çox yerlərində uydurma “erməni genosidi” haqqında erməni xislətinə xas olan həyasız hay-küy qaldırmasına baxmayaraq tarixi həqiqət onların dediklərinin tam əksini təsdiq edir. Elə 1918-ci ildə yaranmış əlverişli şəraitdən yararlanaraq ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər dediklərimizə sübutdur. Sadəcə, fərq ondadır ki, ermənilər yalanı, uydurma “tarixi” həqiqət kimi qələmə verməyə çalışır, biz isə məlum həqiqətləri bəzən unuduruq, yazmırıq, dünyaya car çəkmirik. Unudulmuş keçmiş isə tarix deyil... Bu yazıda Hacıhətəmlinin timsalında 1918-ci ildə ermənilərin İsmayıllı ərazisində törətdikləri vəhşiliklər barədə bəzi faktları söyləmək istəyirəm. Ermənilərin İsmayıllı rayonu ərazisində məskunlaşmasını bəzi ermənilər Şah Abbas dövrü ilə (XVI-XVII əsrlər) əlaqələndirirlər. Həqiqətdə isə, bu sualın ən düzgün cavabını alban tarixinin çağdaş dövrdə ən tanınmış araşdırıcısı F.Məmmədova vermişdir. O, “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası” adlı monoqrafiyasında elmi dəlillərə əsaslanaraq göstərir ki, İsmayıllıda yerləşən erməni əhalisi 1828-1830-cu illərdə İran və Türkiyədən qovulmuş erməni əhalisidir və çar Rusiyası tərəfindən bu bölgədə yerləşdirilmişdir. Xatırladım ki, adı çəkilən monoqrafiyanın elmi redaktoru akademik Ziya Bünyadovdur. Ermənilər məskunlaşdığı ərazilərə öz “möhürünü vurmaq” məqsədil toponimikanı, tariximizin şahidi olan alban abidələrini “erməniləşdirməyə” başlamış və bu ərazinin “qədim sakinləri” olduqlarını sübut etməyə çalışmışlar.

Bəs 1918-ci ildə bizim bölgədə nələr baş verib?

1918-ci ilin yazında məlum mart hadisələrindən sonra Şamaxı, Ağsu, İsmayıllı bölgəsində də erməni başkəsənləri fəallaşmışlar. Bu ərazidə başkəsənlərə sovet dövründə “görkəmli bolşevik” kimi “26-lar”ın siyahısına salınmış mənfur Əmiryan qardaşları başçılıq etmişlər. Göyçay istiqamətində döyüşlər ərəfəsində XKS-nin qoşunları əlverişli şərait yaratmaq məqsədilə birinci Hacıhətəmli kəndini hədəf seçiblər, çünki bu kənd erməni kəndlərinin əhatəsində idi, coğrafi mövqeyinə görə Göyçaya yaxın idi və yüksəklikdə yerləşir.Kəndin alınması Göyçaya hücum üçün əlverişli şərait yaradırdı. Kəndə hücum ərəfəsində ermənilər kəndin yüzbaşısı Zülfüqarı və daha bir neçə sakini xüsusi qəddarlıqla qətlə yetirmişlər. Uzun müddət orduya çağrılmadıqlarına görə silah atmağı bacarmayan kənd cavanları çar ordusunda xidmət edib, döyüşməyi öyrənən ermənilərlə müqayisədə çox zəif idilər. Həmçinin erməni kəndlərinin əhalisini təşkil etmək üçün silahlı nizami dəstələr göndərilirdi. Belə bir şəraitdə Hacıhətəmli camaatı pis vəziyyətdə qalmışdı. Gecə ikən ermənilərin kəndə silahlı hücum edəcəyindən xəbər tutan kənd camaatı at-arabalarla Göyçay istiqamətində qaçıb canını xilas edir. Həmin hadisələrin şahidi olmuş atam İdris Məmmədov söhbət edirdi ki, o vaxt 10-12 yaşım vardı. Göyçayın yaxınlığında çayın sahilində alaçıqlar qurub yerləşdik, yaşıdlarımla mal-qara otarırdıq, gördüm ki, dəstə-dəstə nizamlı dəstələr gəlir, qaçıb gizlənirdik. Sonradan bildik ki, onlar erməni deyillər, türk qardaşlarımızdırlar. Azərbaycan xalqının köməyinə gələn Qafqaz Türk Ordusunun əsgərləri topların köməyilə Hacıhətəmli istiqamətində hücuma keçdilər, kənd cavanları da onlara qoşuldular. Mollaisaqlı kəndinin yaxınlığında “İrəmə” deyilən yerdə erməni topunun zərbəsindən bir türk çavuşu həlak olur, elə yerindəcə dəfn olunur (türklərdə qayda belə idi). (Sovet dövründə türk qəbirlərinə düşmən münasibət bəslənilsə də, kənd ağsaqqalı Həmid Ağayev türk çavuşunun qəbrini abadlaşdırmış, daim onlara ehsan verir, ruhuna dualar oxuyurdu. 60-cı illərin ortalarında ona Bakıya gələn Türkiyənin o vaxtkı baş naziri S.Dəmirəlin adından Türkiyəyə getmək üçün viza da verilmişdi). Hal-hazırda həmin yerdə Türkiyə hökumətinin dəstəyi ilə Mustafa çavuş şəhidlik abidəsi, habelə Hacıhətəmli kənd qəbirsanlığında kəndi azad edərkən həlak olmuş türk əsgərlərinin şərəfinə abidə ucaldılmışdır və bu abidələr gənc məktəblilərin ziyarət yeridir, əsl tarixi həqiqətləri anlamaq, dərk etmək üçün... Abidənin üstündə yazılmışdır: “Bu kabirde 1918 yılında Türk Kafkaz Ordusuyla Vatanın bu topraklarına gelmiş, savaşmış, şehit düşmüş, TÜRK ASKERLER yatmakdadır”.O vaxtkı hadisələrin şahidləri söhbət edirdi ki, türklər kəndi azad etdikdən bir neçə gün sonra kənd camaatı geri – doğma yurda dönür, lakin görürlər ki, kənddə salamat bina qalmamış, ermənilər tərəfindən talan edilmiş, dağıdılmış, apara bilmədiklərinə isə od vurmuşlar. Vəhşi ermənilər hətta kənd məscidini də yandırmışdılar. Ermənilər bu cür insanlığa yaraşmayan qəddarlıq etsələr də, türklər kəndləri ermənilərdən azad etdikdə kəndlərdə hərbi məhkəmə qurub yalnız cinayətkarları cəzalandırıb, dinc əhaliyə, arvad-uşağa, qocalara dəyməyiblər (əslində “dinc erməni”nin mövcud olması inandırıcı görünmür). 1920-ci ildən sonra ermənilər qiyafələrini dəyişib Sovet hökumətinin “qayğısı” ilə öz kəndlərinə qayıtdılar, mühüm postları tutmağa başladılar, hüquq-mühafizə orqanlarında səlahiyyət sahibi olub azərbaycanlılara qarşı soyqırımını yeni üsulla (“pambıqla baş kəsmək” üsulu ilə) davam etdirməyə başladılar. Onların apardığı repressiya siyasəti, toponikamızın erməniləşdirilməsi sahəsində gördüyü iyrənc və saxta işlər barədə dəfələrlə mətbuatda çıxış etmişəm və düşünürəm ki, bu məsələ daim tarixçilərimizin diqqət mərkəzində saxlanmalıdır, çünki tarix bizi riyakar, daim torpaqlarımızda, sərvətlərimizdə, lap elə musiqimizdə, kulinariyamızda da gözü olan ermənilərlə qonşu salıb!!! Təsəvvür edin, Sovet hakimiyyəti əleyhinə Şəki üsyanı baş verir və ya Ağdaşda Hüsü Hacıyev öldürülür, erməni istintaqçılar isə gəlib İsmayıllının müxtəlif kəndlərində ağlı kəsən, ziyalı insanları şantaj edir, adlarını bu üsyan və qətllə bağlayır, həbs etdirir, ən azı incidirdilər. Deməli, onlar heç vaxt silahı yerə qoymayıblar. Həmişə “Böyük Ermənistan” xülyası ilə yaşayıblar və indi də yaşayırlar. Dağlıq Qarabağ məsələsi indi də, Naxçıvan və Qarsla, Axalkalaki ilə bağlı erməni iddiaları da bunu sübut edir. 1918-ci ildə İsmayıllı ərazisində ermənilərin törətdikləri qəddarlıqla bağlı müəyyən araşdırmalar aparmışam. Azərbaycandakı Türkiyə səfirliyi vasitəsilə əldə etdiyim arxiv materiallarında İsmayıllının bir sıra kəndlərində törədilmiş cinayətlər haqda əlavə bilgilər əldə etdim və onların bəzilərini oxucuların diqqətinə çatdırmaq istəyirəm. “Azərbaycan bilgilərində erməni sorunu” (1918-1920) adlı arxiv materiallarından rayonumuzun daha bir neçə kəndində baş vermiş hadisələri izləyək. Bu mənbədə 1919-cu ildə istintaq komissiyasının apardığı işlər və əldə etdiyi məlumatlar, rəsmi faktlar göstərilir. Məsələn, orada oxuyuruq: “Şamaxıya daxil olan Tircan kəndində kənd muxtarı (ağsaqqalı) İbrahim Əkbəroğlu tərəfindən yazılan 12 aprel 1919-cu il tarixli izahatda göstərilir ki, 1918-ci ilin martında kənddə ermənilər tərəfindən 300 kişi, 40 qadın, 20 uşaq öldürülmüş, evlərin yandırılması nəticəsində 3 milyon rubl, 2 min baş iribuynuzlu, min baş xırdabuynuzlu mal-qara məhv etməklə 13 milyon rubl, ümumilikdə, 21,9 milyon rubl məbləğində ziyan vurulmuşdur. Akt kənd səlahiyyətlisi və şahidlər tərəfindən təsdiqlənmişdir.
Zərnava kəndinin muxtarı Cəlal İbrahimoğlu tərəfindən imzalanan aktda kənddə 40 kişi, 4 qadın, 5 uşağın ermənilər tərəfindən qətlə yetirilməsi, 3,13 milyon rubl məbləğində camaata ziyan vurulduğu bildirilir.
Bizlan kəndində isə 50 kişi, 30 qadın, 20 uşaq öldürülmüş, 60 ev yandırılmış, 6,45 milyon rubl maddi ziyan vurulmuşdur.
Mücü kəndinin muxtarı Məşədi Teymur Əliməmmədoğlu ifadəsində 150 kişinin, 55 qadının, 25 uşağın qətlə yetirildiyini, 7,15 milyon rubl ziyan vurulduğunu göstərir.
Zeyvə kənd muxtarı Əlibaba Əşrəfoğlu öz izahatında ermənilər tərəfindən 30 kişi, 20 qadın, 32 uşağın amansızcasına qətlə yetirilməsini, cəmi 30 evin salamat qalmasını, qalan evlərin yerlə yeksan olmasını, əhaliyə 1,84 milyon rubl məbləğində ziyan vurulduğu söyləyir. Faktlar çoxdur, lakin erməni qəddarlığını duymaq, tarixi həqiqətləri bilmək üçün bunlar da kifayətdir. Axtarmalıyıq, aşkar etməliyik, öyrənməliyik, yadda saxlamalıyıq, yaddaşımıza əbədi həkk etməliyik ki, bir vaxtlar olduğu kimi, “Biz sizdən öyrəndik qəhrəmanlığı” şüarı ilə cəllad Şaumyanın rəhbərlik etdiyi “26-lar”ı, xalqımızın başına olmazın oyunlar gətirmiş, tariximizi saxtalaşdırmış Mikoyanlar, Leninin “qayğısı” ilə əfv olunmuş quldur, Şamaxıda, İsmayıllıda və b. bölgələrdə saysız-hesabsız amansızlıqlar törətmiş S.Lalayanları bizə qəhrəman kimi “sırımasınlar”. Həqiqət hər şeydən yüksəkdə durur, biz əsl həqiqəti bilmək üçün daim keçmişimizi öyrənməliyik, müdriklər demişkən, tez-tez arxaya boylanmalıyıq ki, haradan gəldiyimizi və haraya getdiyimizi yaxşı bilək.

 

Copyright İmran Agayev.