Kəndlərimiz
Ağbulaq kəndi rayon
mərkəzindən 15 km aralıqda yerləşir. Kəndin bünövrəsi ötən əsrin
30-cu illərində qoyulub. Əhalsi əsasən dağ kəndlərindən olan
Həftəsov kəndindən köç edərək məskən salanlardır. Əsas yoldan 3
km aralıda yeləşir. Bu kənd haqqında informasiya əldə etmək asan
deyil. Hətta keçmiş Azərbaycan Sovet Ensklopediyasında belə adı
xatırlanmır. Baş Qafqaz silsiləsinin ətəyindədir. Ərəbşahverdi
tayfasının qışlaq yerinin adı olmuşdur. Kənd XIX əsrin
sonlarında həmin tayfaya mənsub ailələrin burada məskunlaşması
nəticəsində yaranıb.
Aşağı Zərnava kəndi Girdiman çayı sahilində,
İlandağ silsiləsinin ətəyindədir. Kənd ərazisindəki Zərnova
bulağının adı ilə adlanmışdır.
Aşıqbayramlı kəndi Dəvəbatan çayının
sahilindədir. XIX əsrin ortalarında Şamaxı qəzasında yaşamış,
mənşəcə indiki Quba rayonundakı Hapıt kəndindən çıxmış ailələrin
məskunlaşması nəticəsində yaranmışdır. Aşıq Bayram adlı bir
şəxsə mənsub ailələr onun adı ilə aşıqbayramlı adlanmış, sonra
bu ad kəndə verilmişdir.
Bağəli kəndi Lahıc turizm zonasında yerləşir. Əhalisi 41
nəfərdir.Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur.
Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və
çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə
isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada getmək olar.
Yaşayış məntəqəsi XIX əsrdə Lahıcdan çıxmış ailələrin Bağəli
adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. “Əlinin bağı”
deməkdir.
Balik kəndi Baş Qafqaz silsiləsinin
ətəyindədir. Toponim qədim türkdilli yazılı abidələrdə qeyd
olunmuş “şəhər” mənasında işlədilən balik sözü ilə əlaqədardır.
Orta əsr müəlliflərinin əsərlərində balıq tərkibli xeyli
toponimlər (Alubalıq, İlanbalıq və s.) qeyd olunmuşdur.
Basqal tarixçilərin fikrincə, hələ dördüncü
yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim
Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan
Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik
Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin
birləşməsindən əmələ gələn basqal sözü də qala bas, qala qur,
ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların
nəticələrinə görə, Basqalın cənub - şərqində yerləşən antik və
orta əsrə adi abidələrlə zəngin olan "qalalar" adlanan ərazi
qədim insan məskəni olub.
Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi
olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir
neçə metrə çatan qala divarlarının üzləri bu günədək
qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal”
toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala
yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal
Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi
qədim abidələr aiddir.
Bəhliyan kəndi Baş Qafqaz silsiləsinin cənub
ətəyindədir. Toponim tat dilindəki bəhli (gilas) və an (yer)
sözlərindən ibarət olub, “gilaslı yer” mənasındadır. Kənd
salındığı ərazinin adını daşıyır.
Bığır(məlumat yoxdur)
Bilistan kəndi Baş Qafqaz silsiləsinin cənub
ətəyində yerləşir. Toponim tat dilindəki bil (sucaq yer,
bataqlıq, çökəklik) və stan (yer, məkan) sözlərindən (- i
birləşdirici şəkilçidir) ibarət olub, “çökəklik (sucaq) yer”
mənasındadır.
Birinci Yeniyol kəndi Dağətəyi ərazidədir.
Keçmiş adı Nügədi (tatca “yeni kənd”) olub, 1935-ci ildə Yeni
Yol qoyulmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr
tərəfindən yeni yaşayış məntəqəsi (İkinci Yeniyol) yarandıqda
toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir.
Bizlan kəndi Baş Qafqaz silsiləsinin cənub-şərq
ətəyində yerləşir. Bəzi tədqiqatçılara görə, toponim qədim İran
dillərindəki vis (ev) və lan (hasar, divar) sözlərinin
birləşməsindən əmələ gəlib, “divarla əhatə olunmuş ev, hasarlı
ev” mənasındadır.
Burovdal kəndi rayonun şimal istiqamətində
sonuncu kənddir. Kənd Lahıc turizm zonasında,Girdiman çayının
sol sahilində yerləşir. Əhalisi 206 nəfərdir. Kənd əhalisi
heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik
enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc
qəsəbəsindən sonra 12 km yolu piyada və ya atla getmək olar.
İsmayıllı-Lahıc-Quba turist marşrutları kəndin içindən keçir.
Babadağın ətəyində yerləşir. Yaşayış məntəqəsi yerli əhali
arasında Babadərəsi - Pirədərə adlanır. Kənd öz adını eyni dağın
adından almışdır.
Buynuz kəndi Qalacıq turizm zonasında,
İsmayıllı-Qəbələ şossesinin 20-ci km-dən 4 km sağ tərəfdə Göyçay
çayının sol tərəfində yerləşir. Əhalisi 594 nəfərdir. Əhali
bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur.
Kənd işıqla təmin olunur.Kənddə yalnız yay mövsümündə fəaliyyət
göstərən yeməkxana vardır.Kənddən Göyçay çayı boyunca
istisu,Çayqovşan və Qalacıq kəndlərinə piyada və ya atla getmək
üçün yol(cığır) vardır.Buynuz dağının ətəyində Alazan-Əyriçay
çökəkliyindədir. Yaşayış məntəqəsi keçmişdə Qızır və
Qərcə kəndlərindən köçüb gəlmiş ailələrin məskunlaşması
nəticəsində yaranmışdır. Kənd Buynuz dağının adı ilə
adlandırılmışdır. Dağın adı isə uzaqdan formasına görə mal
buynuzuna oxşaması ilə əlaqədardır.
Çandahar kəndi Lahıc turizm zonasında, Girdiman
çayının sağ sahilində yerləşir. Əhalisi 121 nəfərdir. Kənd
əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik
enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc
qəsəbəsindən sonra 9 km yolu piyada və ya atla getmək olar.
İsmayıllı-Lahıc-Quba turist marşrutları kəndin yanından keçir.
Niyaldağ silsiləsinin yamacında yerləşir. Yaşayış məntəqəsi
yaxınlığında olan qayanın adı ilə belə adlanmışdır. “Çənli qaya,
dumanlı qaya” mənasındadır.
Çayqovuşan kəndi Qalacıq turizm
zonasında,Göyçay çayının sağ sahilində yerləşir.Əhali 138
nəfərdir. Əhali bağçılıq,bostançılıq,taxılçılıq və
heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur.Kənddə
yeməkxana və çayxana yoxdur. İsmayıllı-Qalacıq daxili turist
marşrutu,İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ
turist marşrutları kənddən keçir.Kəndə avtomobillə getmək olar.
Baş Qafqaz silsiləsinin ətəyində, Qalacıq çayının (Göyçayın
qolu) sol, Başnov çayının sağ sahilində yerləşir. Kənd həmin
çayların qovuşduğu sahədə (çayqovuşanda) salındığı üçün belə
adlandırılmışdır.
Çərmədil(məlumat yoxdur)
Cülyan(yuxarı) kəndi Müdri sovetliyində,
dağətəyi ərazidə yerləşir.
Cülyan kəndi Talıstan
sovetliyində, dağətəyi ərazidədir. Ehtimal ki, kəndlərin adı XVI
əsrdə Qızılbaş tayfa ittifaqına daxil olmuş kürd və lurdilli
qulian tayfasının adındandır. Qulian etnonimi sonralar təhrif
olunaraq Cülyan kimi formalaşmışdır.
Daxar kəndi Girdiman çayının sahilində,
dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub.
Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə
məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar “qaya”
deməkdir.
Dimitrovka(məlumat yoxdur)
Diyallı kəndi rayon mərkəzindən 10 km şərqdə
Əyriçayın sahilindən 4 km aralı İsmayıllı-Şamaxı şosse yolu
kənarında, Niyaldağ silsiləsinin ətəyində yerləşir. Əhalisi
taxılçılıq, bağçılıq və heyvandarlıqla məşgul olur. Kənddə orta
məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət
göstərir. Niyaldağ silsiləsinin ətəyində yerləşir. Toponim di (
tatca “iki”) və yal komponentlərindən ibarət olub, “iki yallı
yerdə salınan kənd” mənasındadır. Həqiqətən də kəndin şimalında
iki qoşa zirvə, yal vardır. Toponim öz adında coğrafi mövqeyi
əks etdirmişdir. Cənubi Azərbaycan ərazisində də eyniadlı yer və
vadi qeydə alınmışdır.
Duvaryan kəndi Lahıc turizm zonasında, Girdiman
çayının sol sahilində yerləşir. Əhalisi 29 nəfərdir. Əhali
əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik
enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc
qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla getmək olar.
Girdiman çayının hövzəsində, Qabandağın şimal- qərbində
yerləşir. Toponim tat dilindəki duvar (yoxuş, yamac) və an
(burada “yer” deməkdir) sözlərindən ibarət olub, “yoxuşlu yer”,
“maili yer” mənasını verir. Toponim yerləşdiyi coğrafi ərazini
əks etdirir.
Əhən kəndi Əhən rayon mərkəzindən 39 km Şərqdə,
Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ
silsiləsinin (Böyük Qafqaz) Şimal ətəyində, Lahıc kökəkliyində
yerləşir. Əhalisi heyvandarlıq, əkinçilik, taxılçılıq və
meyvəçiliklə məşğuldur. Kənddə məktəb, klub, kitabxana, tibb
məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm
zonasında,Girdiman çayının sol sahilində yerləşir.Kəndin əhalisi
519 nəfərdir.Əhali əsasən heyvandarlıqla məşğul olur. Kənd
elektrik enercisi ilə təmin edilir və kənddə yeməkxana yoxdur.
Kəndə ilboyu avtomobillə getmək olar. Niyaldağ silsiləsinin
(Böyük Qafqaz) ətəyində, Lahıc çökəkliyində yerləşir. Kəndin
əhalisi Lahıc kəndindən çıxmış ailələrdən ibarətdir. Əhən tat
dilində “dəmir” mənasını bildirir. Kəndin adı onun əhalisinin
qədimdən dəmirçiliklə məşğul olması ilə əlaqədardır.
Enişdibi(məlumat yoxdur)
Ərəkit kəndi Lahıc qəsəbəsindən kiçik bir çay
ayırır.Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik,
xalçaçılıq heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd
elektrik enercisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə
getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir.
İsmayıllı-Lahıc-Quba və İsmayıllı-Lahıc-Şamaxı turist
marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm
zonasında yerləşir. Niyaldağın ətəyindədir. Toponim tat
dilindəki ərə (daş, qaya) və ərəb-fars mənşəli qat (tərəf, yer,
səmt) sözlərinin fonetik formalarının birləşməsindən əmələ
gəlib, “qaya tərəfi, qayalıq, qaya səmti” mənasını bildirir.
Lahıc qəsəbəsində Ərəkit adlı məhəllə olduğundan kəndin həmin
məhəllədən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranması
güman edilir
Əyyubbəyli kəndi Gənzə yaylasının cənub-qərb
ətəyindədir. Keçmişdə nəsil adı ilə Bədəlli də deyilirdi. Həmin
nəslə aid ailələr Əyyubbəyli adlı şəxsin rəiyyəti olduğuna görə
kənd belə adlanmışdır.
Gendərə kəndi Girdiman çayının sahilində,
dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin
birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə
daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır.
Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks
etdirir.
Gəndov kəndi “Lahıc”turizm zonasında,
“İsmayıllı-Lahıc”şossesinin kənarında, Girdiman çayının sağ
sahilində yerləşir. Kəndin əhalisi 216 nəfərdir. Əhali əsasən
heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik
enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Girdiman çayının sahillərində dağətəyi ərazidədir. Yaşayış
məntəqəsi yaxınlığındakı kükürdlü suyu olan Gəndov mineral su
bulağının adı ilə belə adlandırılmışdır.
Gənzə kəndi Girdiman çayının sahilində,
dağətəyi ərazidə yerləşir. Ərəb dilindəki gənisə (atəşpərəstlər
məbədi) sözündən təhrifdir. Kənd yaxınlığındakı Gənzədağın adı
ilə adlanmışdır. Dağın başında isə qədim məbəd xarabalıqları
qalmaqdadır. Keçmişdə rayondakı Ximran və Həftəsov kəndləri
yaxınlığında daimi yanar odlar olmuş və əhali tərəfindən sitayiş
edilmişdir.
Gəraybəyli kəndi Qaraməryəm tirəsinin ətəyində
yerləşir. Yaşayış məntəqəsi gəraybəyli nəslinə mənsub ailələrin
məskunlaşması nəticəsində yaranmışdır. Digər adı Müskürlü
olmuşdur. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın
adıdır. Toponim “gəraybəylilər, gəraybəyligillər” mənasındadır.
Germankhana(məlumat yoxdur)
Göytəpə kəndi Dağətəyi ərazidədir. Kənd Göytəpə
adlı ərazidə salındığı üçün belə adlandırılmışdır.
Güdəyli kəndi Dağətəyi ərazidə yerləşir. Kəndin
adı XIX əsrdə Haputlu Gideyli kimi qeyd olunmuşdur. Haputlu adlı
kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Orta Asiyanın
şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva
tayfası tərkibində gedey tayfa adına rast gəlinir. Bu da
oykonimin türk mənşəli tayfa adından yarandığını sübut edir.
Sonralar adın əvvəlindəki Haput sözü düşmüşdür.
Güyüm kəndi Diyallı kəndinin yaxınlığında
yerləşir. Təhlükəli sürüşmə zonasında yerləşir. Kənd 4 bir
tərəfdən təbiətin gözəllikləri ilə əhatə olunub
Hacıhətəmli kəndi Dağətəyi ərazidə yerləşir.
XIX əsrin əvvəllərində Hapıt kəndindən çıxmış ailələrin
məskunlaşması nəticəsində yaranmışdır. Hacı Hətəm bu məntəqənin
əsasını qoymuş haputluların başçısının adı olmuşdur. Əvvəllər
maldar həyat tərzi keçirmiş hacıhətəmlilər 1846-cı ildə
oturaqlaşmış və məntəqə də Hacı Hətəmin adı ilə adlanmışdır.
Hapıtlı kəndi Baş Qafqaz silsiləsinin ətəyində
yerləşir. Mənşəcə Hapıt kəndindən (Quba rayonu) köçmüş ailələrin
məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.
Həftəsov kəndi Lahıc turizm zonasında, Girdiman
çayının sağ sahilində yerləşir. Əhalisi 71 nəfərdir. Kənd
əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik
enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc
qəsəbəsindən sonra 5 km yolu piyada və ya atla getmək olar.
Girdiman çayının sahilində, Niyaldağ silsiləsinin yamacında
yerləşir. Əsl adı Həftəsiyabdır. Bəzən tat dilində həft(yeddi)
və sov (dəyirman) kimi izah edilir. Toponim tat dilindəki həft
(yeddi), -ə (birləşdirici sait), sov (əslində siyab, yəni “qara
su”) komponentlərindən ibarətdir. “Yeddi qara su mənbəyi,
bulağı” mənasındadır. Bu həmin kəndin ərazisindəki eyniadlı
mineral bulaqlarla əlaqədardır.
İkinci Yeniyol kəndi Dağətəyi ərazidədir.
Yeniyol (indiki Birinci Yeniyol) kəndindən köçmüş ailələrin
məskunlaşması nəticəsində yaranmışdır. Birinci Yeniyol kəndindən
fərqləndirmək üçün kəndin adına ikinci sözü əlavə edilmişdir.
İstisu kəndi Qalacıq turizm zonasında yerləşir.
Əhali 879 nəfərdir. Əhali əsasən bağçılıq, bostançılıq,
taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin
olunur.Kəndə avtomobillə getmək olar. İsmayıllı-Qalacıq daxili
turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və
İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları kənddən keçir.
Kənddə yeməkxana və çayxana yoxdur. Dağətəyi ərazidədir. Qalacıq
çayının qollarından biri olan İstisu çayının sahilində
yerləşdiyinə görə belə adlandırılmışdır.
İvanovka kəndi İsmayıllı rayonundan, mərkəzdən
12 km Cənub Qərbdə olmaqla Acınohur ön dağlığında yerləşir.
Kənddə çar hökumətinin müxtəlif dini təriqətçiləri (molokan,
duxovor, baptist) ucqarlara, o cümlədən Azərbaycana köçürmə
siyasəti nəticəsində 1840-cı illərdə Rusiyanın mərkəzi
quberniyalarından köçüb gəlmələr məskunlaşmışdır. Əsası 1847-cı
ildə qoyulmuş İvanovka kəndi Qafqaza köçürülmüş malakanlardan
ibarətdir. Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşin
şərəfinə qoyulmuşdur. Onlar çətinliklədə olsa tez bir zamanda
özlərinə yurd-yuva qurub qonşuları olan azərbaycanlılarla yaxın
dost münasibətləri qurmuşlar. 1930-cı ildə kənddə o vaxtlar hər
yerdə olduğu kimi "kolxoz" quruldu və o bu günki günə kimi öz
fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaq
görənliyi ilə seçilən Nikolyay Vasilyeviç Nikitinin adını
daşıyır. O kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib.
Hal hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınıb, əhalisi
təqribən 3029 nəfər təşkil edir.
İvanovkalılar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul
olurlar. Çaxır, pendir və s. kimi məhsulları daxili bazarda öz
yerlərini tutub. Kənddə bir neçə sex, park və zavod (məsələn:
Kirəmit zavodu) fəaliyyət göstərir. Hal hazırda kənddə yeni orta
məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası, elektron
ATS var.
Kəlbənd kəndi rayon mərkəzindən 26 km cənub
qərbdə, Burnovuldağ silsiləsinin cənub ətəyində yerləşir.
Əhalisi kənd təsərrüfatı və heyvandarlıq ilə məşğul olur. Kənddə
orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. Burnovuldağ
silsiləsinin ətəyindədir. Bəzi tədqiqatçılara görə, toponim ərəb
dilindəki (əsli yunancadan - kelya) kələ (zaviyə, sərdabə,
məbəd) və tat dilindəki bənd ( kiçik dağ) sözlərindən ibarət
olub, “məbəd dağı, məbədi olan dağ” mənasındadır. Ərəb
işğalçılarına qədər xristianlığın hakim mövqe tutduğu Albaniyada
(Qafqaz) monastr və kilsələr tikilmişdi. Sonralar yaranmış
yaşayış məntəqəsi də dağın adı ilə adlandırılmışdır.
Kələzeyvə kəndi Niyaldağ silsiləsinin
ətəyindədir. Toponim tat dilindəki kələ (böyük, baş) sözündən və
Zeyvə adından ibarət olub, “böyük Zeyvə kəndi” mənasındadır.
Zeyvə isə ərəbcə Zaviyə (hicrə) sözündən təhrifdir.
Kəlfərəc kəndi rayonun «Bədo-basqal»turizm
zonasında yerləşir. Əhalisi 93 nəfərdir. Əhali əsasən
heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik
enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Kəndə avtomobillə getmək olar. Niyaldağın yamacındadır. Öz adını
oradakı Kəlfərəc dağının adından götürüb. Tam adı Kələfərəc idi.
XVIII əsrin sonlarına aid mənbədə də Kələfərəc formasında qeyd
olunmuşdur. Digər adı Kələkənddir. Ərəb dilindəki kələ (sərdabə,
zaviyə) sözündən və Fərəc şəxs adından ibarət olub, “Fərəcin
sərdabəsı” mənasındadır.
Kənəə kəndi dağətəyi ərazidədir. Keçmiş adı
Kənəgə olub. Toponim təhrifə uğramışdır. Əslində Kənagah
olmalıdır. Bəzi tədqiqatçıların fikrincə, toponim tat dilindəki
kənə (mədən, yataq) və gah (məkan) sözlərindən ibarət olub,
“mədən olan yer” mənasındadır.
Keşxurt kəndi dağətəyi ərazidədir. Yerli adı
Keşqurtdur. Yaşayış məntəqəsi XVIII əsrin axırlarında Qarabağdan
gəlmiş ailələrin Xorsor dağının ətəyindəki Pəribulaq adlı yerdə
məskunlaşması nəticəsində yaranmışdır. Toponim keş (türk
dillərindəki “yaşayış yeri” mənasında olan koş) və qurt/qurd
(etnonim) sözlərindən ibarət olub, “qurd tayfasına mənsub
olanların yaşayış yeri, qurdların kəndi” mənasındadır. Toponimi
“dərədə yurd” və “kiçik çay dərəsində kənd” mənalarında yozanlar
da var.
Keyvəndi kəndi Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd
keçmişdə Dağıstanın cənubundakı Keyvən kəndindən gəlmiş
ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim “Keyvən
kəndi” mənasındadır.
Kirk kəndi Dağlıq ərazidədir. Keçmişdə rayonun
ərazisində Kirk və Kirk Güzəran adlı iki kənd mövcud olmuşdur.
Yerli əhali arasında Ləngəbiz dağları Qaş dağları, onun
yamacında olan kəndlər isə Qaş kəndləri adlanır. Yaşayış
məntəqəsini XVIII əsrin axırlarında Qarabağdan köçüb gəlmiş
ailələr salmışdır. Çox güman ki, toponim türk dillərində “dağlıq
tərəf” mənasını bildirən kırka sözü ilə bağlıdır. Kəndin
yerləşdiyi fiziki-coğrafi şərait də bunu təsdiq edir.
Köhnədaxar kəndi “Lahıc” turizm zonasında,
“İsmayıllı-Lahıc”şossesindən 5 km aralıda yerləşir. Kəndin
əhalisi 109 nəfərdir.Əhali əsasən heyvandarlıq və bostançılıqla
məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə
yeməkxana və çayxana yoxdur. Yolun son 5 km-i qış mövsümündə
atla və ya piyada getmək olar. Rayondakı Dəhar və Çəndəhar
kəndlərindən fərqləndirmək üçün Köhnədəhar adlandırılmışdır.
Kəndin adı köhnə (qədim) və tat dilindəki dahar (qaya)
sözlərindən ibarət olub, “qədim Dəhar kəndi” mənasındadır.
Külüllü kəndi dağətəyi ərazidədir. Bəzi tədqiqatçılara görə, əsl
adı Kühüllü olmuşdur. Keçmişdə kühül sözü “yeraltı yaşayış
məntəqəsi” mənasında işlədilirdi. Keçmişdə orada kühüllərin
mövcud olduğunu göstərir. Kühüllü adlı yerdə yaranmış kənd eyni
adlı yerin adını qəbul etmişdir. Başqa bir fikrə görə, kəndin
adı külül bitkisinin adındandır. Toponimi Qulu şəxs adı ilə
bağlayıb, Qululu formasından təhrif hesab edənlər də var
Kürd Eldarbəyli kəndi Göyçayın sahilində,
təpəlikdədir. İkinci adı Kürd olub. XIX əsrdə Eldarbəy adlı
birisinə mənsub olan və maldarlıqla məşğul olan kürd ailələrinin
məskunlaşması nəticəsində yaranmışdır. Toponim “Eldarbəyə mənsub
kürdlər” mənasındadır.
Kürdmaşı kəndi rayon mərkəzindən 18 km Cənub
Qərbdə, İsmayıllı-Müsüslü avtomobil yolu kənarında, Burnovuldağ
silsiləsinin Cənub ətəyində yerləşir. Əhalisi heyvandarlıq və
əkinçilik ilə məşğul olur. Vaxtı ilə kənddə şərab zavodu
fəaliyyət göstərirdi. İndi Kürdmaşıda orta məktəb, kitabxana,
tibb məntəqəsi, rabitə şöbəsi var. Dəvəbatan çayının sahilində,
dağətəyi ərazidə yerləşir. XIX əsrə aid mənbələrdə kəndin adı
rusca Kurtması formasında qeyd olunmuşdur. Kəndin adı qurd
(igid) sözündən və Maşı şəxs adından ibarətdir.
Kürdüvan Basqal qəsəbəsi yaxınlığında kənddir.
Rayon mərkəzindən təqribən 30 km aralıda yerləşir. Əhalisi kənd
təsərrüfatı və əkinçilik ilə məşğul olur.Kəndin Cənub Şərqində
şəhər xarabalığı aşkar edilmişdir. Geniş sahəni tutan
xarabalıqda daş və kərpicdən tikilmiş müxtəlif bina qalıqları
var. Buradan müxtəlif əşyalar tapılmışdır. Xarabalıqdan bir
qədər aralı qala divarları, habelə son orta əsrlərə aid müxtəlif
binaların qalıqları aşkar olunmuşdur. Xarabalığın Cənub Qərbində
Basqal çayının yuması nəticəsində əmələ gəlmiş yarğanda 3-4 metr
qalınlığında antik dövrə aid mədəni təbəqə və qəbir abidələri
aşkar edilmişdir. Oradan da müxtəlif əşyalar tapılmışdır.
Tapıntılardan məlum olur ki, Kürdüvan 1 əsrdən son orta əsrlərə
qədər yaşayış mövcud olmuşdur. Kürhacı çayının sahilində,
Qarabağ silsiləsinin yamacında yerləşir. Keçmiş adı Qasımuşağı
olmuşdur.
Lahıc Azərbaycan Respublikasının dilbər
guşələrindən biridir. İsmayıllı rayonunun Lahıc qəsəbəsi ölkənin
şimalında , Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz
səviyyəsindən 1505m hündürlükdə yerləşən şəhər tipli
qəsəbədir.Qəsəbənin coğrafi mövqeyi və zəngin
tarixi,arxitekturası və tarixi abidələri, yerli əhali arasında
təşəkkül tapmış sənətkarlıq sahələri və s. bu iyal dağından
Lahıcın ümumi görünüşüəkanı Azərbaycan çərçivəsində və bir çox
xarici ölkələrdə tanıtdırmışdır. Lahıc Girdiman çayınım
sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə ahatə
olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi
məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlar
yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.
Lahıc adı yazılı mənbələrdə b.e.-nın IV əsərində yaşamış
tarixçilərin əsərlərində xarırlanmasına baxmayaraq müasir dövrdə
b.e-dan əvvəl I əsrdə Lahıcda insanların saxsı əşyalar istehsal
etdikləri güman edilir. Çox qədim tarixə malik olmasına heç
kimdə şübhə doğurmayan Lahıcın qəbristanlıqlarında hal-hazırda
da I Keyxosrovun və Bahadırşahın məzar daşları qorunmaqdadır.
Azərbaycan Ərəb xilafəti tərəfindən işğal olunan zamanlar
ərəblər qarşı mübarizə aparmış məşhur alban hökmdarı Cavanşirin
yay iqamətgahı Niyaldağın şimal yamacında, yəni Lahıc tərəfdəki
yamacda yerləşirdi. Hal-hazırda Niyaldağın Lahıc yamacında
Cavanşir hökmranlığının mühafizə obyektlərindən və o günlərin
şahidlərindən biri olan Niyal qalasının qalıqları yaşayır. Bu
qala qalıqlarının divarları arasından Lahıca təkrar olunmaz bir
mənzərə açılır və qalanın yerinin təsadüfən seçilmədiyi
anlaşılır.
Lahıcın yaxınlığında yerləşən Fit dağında it qalasının qalıqları
yaşamaqdadır. Bu qala sonuncu Şirvan xanı Mustafa xanın yay
oylağı olmuşdur. Fit dağından Niyal dağına qədər dağların üstü
ilə vaxtı ilə mövcüd olmuş araba yolunun qalıqları da , Niyal
qalasından başlayan yeraltı yolun qalıqları da bu yerlərin qedim
tarixə malik olmasını bir daha sübut etməkdədir.
Lahıc məhəllərdən ibarət olaraq təşəkkül tapmış və hər məhəllə
öz məscidinə, bulağına, hamamına və s. malik olunmuşdur.
Hal-hazırda Lahıcda yüzədək yerli əhəmiyyətli tarix-mədəniyyət
abidəsi mövcuddur. Həmin Niyal qalasının qalıqları (VII əsr)
abidələrdən olan məscidlər(Bədöyun, Zəvəro, Ağolu, Ərəgit
məscidləri) XVIII-XIX əsrlərdə, bulaqlar( Ağolu, Zəvəro,Baba
bulağı) XIX əsrdə hamamlar(Hacı Cahanbaxş hamamı, Hacı Molla
Hüseyn hamamı, Hacı Nürməməd hamamı) XIX əsrdə , 60-dan çox
yaşayış evləri, su dəyirmanı,senetkarlıq emalatxanaları,
körpülər və s. XVIII-XIX əsrlərdə yerli çay daşından inşa
edilmiş və hal-hazırda da təyinatı üzrə istifadə olunur.Lahıcın
özəl cəhətlərindən olan və insanların marağını cəlb edən
xususiyyətlərindən biri də onun küçə və meydanlarının daş
döşəmələri və artıq suların axıdılması üçün çay daşından
tikilmiş yeraltı kürəbəndlər (kanalizasiyalar) hal-hazırda da
istifadə olunur. Küçə və meydanların,dalanların daş döşəmələri
sanitariya cəhətdən əhəmiyyətə malik olmaq eyni zamanda tez-tez
yağan gur yağışlar zamanı küçələr sel suları tərəfindən yuyulub
dağılmasının qarşısını alır. Yeraltı kürəbəndlər tikilərkən
bütün qəsəbəni əhatə edir bir sistem yaradılmış və zaman-zaman
bu ərazidə yaşamış bütün insanların (ikinci dünya müharibəsindən
öncə Lahıcda 18 min nəfər insan yaşamışdır) çirkab maddələrini
və artıq suları axıtmaq imkanına malik olmuşdur. Kürəbəndlərin
və döşəmələrin təxminən 8 yüz öncə inşa olunduğu güman edilir.
Lahıc şəhərsalmasının və mədəniyyət ən önəmli cəhətlərindən biri
də məhəllə meydanlarının mövcud olmasıdır. Adətən hər məscidin
qarşısında salınmış meydanlar dini mərasimlərin keçirilməsinə
xidmət etməklə yanaşı burada yaşamış insanların bir yerə yığışa
bilməsini, bir araya gələ bilməsini, böyük sözü,ağsaqqal sözü,
rehber sözü eşidə bilməyə qadir olmasını sübut edir.
Lahıcın dağlıq ərazidə yerləşməsi burada kənd təsərrüfatı üçün
münbit şərait yaratmamışdır. Odur ki, burada yaşayan insanlar
xalq sənətkarlığı ilə məşğul olmaqla mövcudluqlarını qoruyub
saxlaya bilmişlər. Lahıc ustaları xalq sənətkarlığını 40-adək
növü ilə məşğul olmuşlar. Burada yaşayıb-yaratmış misgərlərin,
zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin,
xalçaçıların,həkkakların, nəqqaşların, dabbaqların ,çəkmə və
çarıq tikənlərin , başmaqçıların, corabtoxuyanların və s.
ustaların yaratdıqları maddi-mədəniyyət
nümunələri nəinki Azərbaycanda , İranda , İraqda, Türkiyədə,
Orta Asiyada və s.ölkələrdə satılmış və hal-hazırda da dünyanın
ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını
bəzəməkdədir.
Lahıc haqqında ölkəmizin M.Əfəndiyev, M.Süleymanov, M.N.
Məmmədbəyli və s. kimi görkəmli şəxsiyyət və alimləri tərəfindən
tədqiqat xarakterli sanballı əsərlərin yazılmasına baxmayaraq
Lahıcda hələ də öyrənməli , tədqiq edilməli çox cəhətlər var və
Lahıc öz tədqiqatçılarını gözləməkdədir.
Maçaxı kəndi Girdiman çayı sahilində, dağətəyi
ərazidə yerləşir. Bəzi tədqiqatçılar toponimi çeçenlərin mıçıqıç
tayfasının, yaxud da massaketlərin adı ilə bağlayırlar. Adın
dəqiq mənası müəyyənləşdirilməmişdir.
Mican kəndi rayon mərkəzindən 1 km şimal
qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolu kənarında Qovdağ
silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əkinçilik,
tütünçülük və heyvandarlıqla məşğuldur. VAxtı ilə kənddə
heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər.
Hal-hazırda Micanda orta məktəb, klub, kitabxana var. Qovdağ
silsiləsinin ətəyindədir. Toponim təhrifə uğramışdır. Yaşayış
məntəqəsinin adı Mücü (rayonda kənd) sözündən və tat dilindəki
cəmlik bildirən - an şəkilçisindən ibarət olub, “mücülülər”
mənasındadır. Yaşayış məntəqəsini Mücü kəndindən çıxmış ailələr
salmışlar.
Minkə kəndi Girdiman çayının sahilində, dağlıq
ərazidə yerləşir. Bir fikrə görə, kəndin adının tat dilindəki
minkə (orta, mərkəz, aralıq) sözündən olması güman edilir. Bir
fikrə görə isə qədim türkdilli min (minq) tayfasının adı ilə
əlaqədar olub, “minglər”, yaxud “ming yeri” mənasını verir.
Mollaisaqlı kəndi dağətəyi ərazidə yerləşir.
Yaşayış məntəqəsi XVIII əsrin axırlarında indiki Quba rayonunun
Haput kəndindən gəlmiş Molla İsaq adlı birisinə mənsub ailələrin
məskunlaşması nəticəsində və onun adı ilə adlanmışdır.
Mücü kəndi rayonun «Bədo-Basqal» turizm
zonasında yerləşir. Kəndin əhalisi 229 nəfərdir. Kənd əhalisi
əsasən heyvandarlıq və bostançılıqla məşğul olurlar. Kənd
elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana
yoxdur. Turizm zonasında yerləşən «Xan», «Tiftdağ» və «Haram
qalalarına gedən daxili turizm marşrutu kəndin yaxınlığından
keçir.Kəndə avtomobillə getmək olar. Mücü çayının sahilində Fit
dağının yamacında yerləşir. İranın Məhəllə mahalından gəlmələr
olduğundan kənd Məhəllə də adlanırdı. Şirvan xanı Mustafa xan
(1791-1820-ci illər) Fitdağdakı iqamətgahına köçəndə əhalinin
bir qismini dağın ətəyindəki Mücütatar kəndinin ərazisində
yerləşdirmiş, lakin onlara əkin yeri verməmişdi. Torpaqsız əhali
XIX əsrin 60-70-ci illərində Həftəran vadisinə (indiki Əyriçay
vadisi) köçərək Mücühəftəran kəndinin əsasını qoymuşdular.
Toponim çox güman ki, ərəb dilindəki mouc (səngər, sədd)
sözündən əmələ gəlmişdir. Kəndin ərazisindən keçmişdə
möhkəmləndirilmiş sədd, səngər kimi istifadə olunmuşdur.
Mücühəftəran kəndi dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsi
XIX əsrin 60-70-ci illərində Mücü kəndindən bir qrup ailənin
Həftəran dərəsinə köçərək məskunlaşması nəticəsində yaranmışdır.
Toponim “Həftərandakı Mücü kəndi” mənasındadır.
Müdrəsə kəndi Lahıc turizm zonasında, Müdrü
çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 155 nəfərdir.
Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd
elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana
yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə
Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcədə
Namazgah kəndindən Müdrü çayı boyunca 6 km yolu atla və ya
piyada getmək olar. Baş Qafqaz silsiləsinin ətəyində, Müdri
çayının (Girdiman çayının qolu) sahilində yerləşir. Kəndin adı
Müdri (çay adı) və tat dilindəki sə (üst, yuxarı, baş)
sözlərindən ibarət olub. “Müdri çayının üstündəki, yuxarısındakı
kənd” mənasını verir. Başqa cür fikrə görə isə kəndin adı
mədrəsə sözündəndir.
Müdri kəndi Lahıc turizm zonasında,Müdrü
çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 95 nəfərdir. Kənd
əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik
enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc
qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla eləcədə Namazgah
kəndindən Müdrü çayı boyunca 5 km yolu atla və ya piyada getmək
olar. Bu zonada yerləşən Müdrü,Müdürsə,Pirəğanım və Bağəli
kəndlərindən Küpüc dağını aşmaqla atla və ya piyada Aşağı Cülyan
kəndinə yol vardır. Dağətəyi ərazidə yerləşir. Kəndin adı
Girdiman çayının qolu olan Müdri çayının adındandır.
Mulux kəndi Girdiman çayının sahilində, dağlıq
ərazidə yerləşir. Tam adı Dahar Muluxdur. Mulux qalasının adı
ilə ilk dəfə 1053-cü ilə aid mənbədə çəkilir. Dahar Mulux adının
mənası məlum deyil.
Müşkəmir kəndi “Lahıc” turizm zonasında,
“İsmayıllı-Lahıc”şossesindən 2 km kənarda yerləşir. Kəndə son 2
km yolu yayda avtomobillə,qış mövsümündə isə piyada və ya atla
getmək olar. Kəndin əhalisi 29 nəfərdir. Əhali əsasən
heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik
enercisi ilə təmin edilir. Kənddən Zərnava kəndinə və Lahıc
qəsəbəsinə piyada cığırlar vardır. Dağətəyi ərazidə yerləşir.
Toponimi ehtimal şəklində şəxs adı ilə bağlayırlar.
Namazgah kəndi “Lahıc” turizm zonasında,
“İsmayıllı-Lahıc”şossesinin kənarında, Girdiman çayının sol
sahilində yerləşir. Kəndin əhalisi 140 nəfərdir.Əhali əsasən
heyvandarlıq və bostançılıqla məşğul olur.Kənd elektrik enercisi
ilə təmin edilir. Kənddə yeməkxana fəaliyyət göstərir.Kənddən
Müdrü çayı boyunca Nanıc, Müdrü, Boğəli, Müdürsə, Pirəğanım
kəndlərinə piyada və ya at yolu vardır. Kənddə “Namazgah”
mineral süfrə suyu istehsal olunur. Girdiman çayı sahilində,
dağlıq ərazidə yerləşir. Toponimin hərfi mənası “namaz qılınan
yer” deməkdir. Lahıc kəndindən sübhçağı çıxaraq arana gələnlər
səhər namazını burada qıldıqlarına görə belə adlanmışdır.
Nanıc kəndi Lahıc turizm zonasında yerləşir.
Əhalisi 125 nəfərdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla
məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə
yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə,
qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və
ya atla eləjədə Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu
atla və ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını
aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu(cığır)
vardır.İlin aprel-may aylarında kəndin ərazisində məhşur
«Xarı-bülbül» çiçəyinə rast gəlmək olar. Girdiman çayının
sahilində, dağlıq ərazidə yerləşir. Yaşayış məntəqəsi
yaxınlığındakı Nanıc dağının adı ilə adlandırılmışdır. Mənası
izah edilməmişdir.
Pirəbülqasım kəndi rayon mərkəzindən 16 km
şərqdə İsmayıllı-Basqal şossesindən 3 km cənubda yerləşir.
Əhalisi əsasən heyvandarlıqla məşğuldur. Kənd 50-60 evdən
ibarətdir. Kəndin tarixi çox qədimdir. Bunu kənddəki yüksək
keyfiyyətli memarlıq üslubunda tikilmiş səkkiz guşəli (Pir)
öliya adlanan tikili də təsdiq edir. Bu tikili bir sıra
möcüzələrə malikdir. Birincisi tikilinin necə yüksək ustalıqla
hazırlanmasını görmək üçün gərək onu yaxından ziyarət edəsən.
İkincisi bu tikilinin üç tərəfinin torpağının sürüşüb getməsinə
baxmayaraq Pir öz yerində möhkəm dayanıb. Üçüncüsü Pirin
içərisində yuxarısının diametri 10 sm-ə bərabər sonradan isə
genişlənən bir quyu vardır ki, bu quyunun dərinliyi heç kimə
məlum deyil. Beşincisi rəvayətə görə XVII əsrdə tikilmiş Pirin
döşəməsi hamar düzbucaqlı daşlarla döşənmişdir ki, bu daşlarında
uçaraq quyuya tökülməməsi möcüzədir. Altıncısı döşəmə iki qatdan
ibarətdir. Bu qatlar arasında narın toz halında (el içərisində
tütyə adlanan) torpağa oxşar qəribə maddə var ki, buranı ziyarət
edən insanlar bundan özləri ilə götürürlər. Yeddincisi Pirin
içərisində daşdan səliqə ilə düzəldilmiş üzərində yazılar olan
bir qəbir və Pirin öz maketi vardır. Səkkizincisi isə bu
tikilinin hansı məqsədlərlə qurulmasının səbəbləri hələ də
bilinmir. Pir haqqında məlumatlar yalnız rəvayətlərə əsaslanır.
Bu möcüzəli Pirin adı Əbilqasım adlanır ki, kəndin adı da elə
buradan götürlmüşdür. Bu öliya çox insanlardan yardım əlinin
əsirgəməmişdir. Buranı ziyarət edib Ona müraciət edən insanların
əksəriyyətinə kömək olmuş və sağlamlıqlarında problem olanlar
isə şəfa tapmışlar. Öliyanın tikilisi o qədər maraqlı, cəlbedici
və zəhmlidir ki, ziyarətçidə ona qarşı inam oyadır. Elə bu
inamla da insanlar dərdlərinə əlac tapırlar.
Pirəqanım kəndi Lahıc turizm zonasında
yerləşir. Kəndin əhalisi hal-hazırda 2 nəfərdir. Kənd elektrik
enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana
yoxdur.Əhali heyvandarlıqla məşğul olur. Kəndə yay mövsümündə
avtomobillə,qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km
yolu piyada və ya atla getmək olar.
Qalacıq kəndi İsmayıllı rayonundan 25 km Şimal
Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq,
tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta
məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın
sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları
mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir.Rayonun
şimal-qərb istiqaməində sonuncu yaşayış məntəqəsi olan Qalacıq
kəndinin əhalisi 1802 nəfərdir. Əhali əsasən bağçılıq,
bostançılıq, taxılçılıq və heyvandarlıq, xalçaçılıqla məşğul
olur. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən
qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə,3 km-ni isə
piyada və ya atla getmək olar.Kənd elektrik enercisi ilə təmin
edilir.Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır.
İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir. Kəndə il
boyu avtomobillə getmək olar. Yaşayış məntəqəsi yaxınlığındakı
Qalacıq adlı orta əsrlərə məxsus müdafiə istehkamının adı ilə
adlanmışdır. Həmin istehkamı XVIII əsrdə Şamaxı xanı Mustafa
xanın əmisi Qasım xan bərpa etdiyi üçün Qasımxan qalası da
adlanır. Arxeoloji tədqiqatlar qalanın IX-XIV əsrlərə aid
olduğunu göstərir. Yerli əhali qalaya “Səngər yeri” də deyir.
Toponim “kiçik qala” mənasındadır. Rayonun ərazisində eyni adlı
çay da vardır.
Qalagah kəndi rayon mərkəzindən 28 km Cənub
Qərbdə, Acınohur ön dağlığındadır. Əhalisi taxılçılıq və
heyvandarlıqla məşğuldur. Qalagahda orta məktəb, kitabxana, tibb
məntəqəsi vardır. Qalagah yaxınlığında 1-5 əsrlərə aid yaşayış
yeri mövcud olmuşdur. Arxeoloji qazıntılar zamanı Qalagah
yaxınlığında gümüş və qızıl sikkələr tapılmışdır. Acınohur ön
dağlığında yerləşir. Toponim çox güman ki, kəndin ərazisində
V-VI əsrlərə aid olan və xarabalıqları yerli əhali içərisində
Qız Qalası adlandırılan qədim qalanın adı ilə bağlıdır.
Qalıncaq kəndi rayon mərkəzindən 14 km şimal
qərbdə İsmayıllı-Qəbələ yolu kənarında, Ax-ox çayın sol
sahilində, dağ ətəyində yerləşir. Əhalisi bağçılıq, tütünçülük,
baramaçılıq, taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta
məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi mövcuddur.
Dağətəyi ərazidə yerləşir. Kənd vaxtilə Qalıncaq adlanan sıx
meşəli ərazidə salındığına görə belə adlandırılmışdır. Toponim
qalın (yəni “sıx”) və - caq (sözdüzəldici şəkilçi)
komponentlərindən düzəlib, “sıx meşəli ərazi” mənasındadır.
Qarakolluq kəndi Dəvəbatan çayının hövzəsində,
Burnovuldağ silsiləsinin ətəyində yerləşir. Toponim qara (
burada “çoxluq” mənasındadır), kol sözlərinin və - luq məkan
şəkilçisinin birləşməsindən ibarət olub, “çoxlu kol-kos olan
yer, xırda meşəlik, kolluq yer” deməkdir.
Qaraqaya kəndi “Mərkəzi”turizm zonasında
yerləşir. Kəndin əhalisi 355 nəfərdir. Əhali əsasən heyvandarlıq
və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin
edilir.Kəndin ərazisində “Kələmərc”istirahət mərkəzi fəaliyyət
göstərir. Kənd “İsmayıllı-Lahıc”şossesinin kənarında yerləşir.
Kəndin ərazisində yerləşən “Qaranohur” yeməkxanası ilboyu
fəaliyyət göstərir. Girdiman çayının sahilində, Atyaylağı
dağının cənub- şərqindədir. Kəndin yerləşdiyi yamacın
yuxarısında Qaraqaya adlı böyük qaya var. Kəndin adı da həmin
qaya ilə əlaqədardır.
Qaravəlli(məlumat yoxdur)
Qərçə(məlumat yoxdur)
Qərsələ kəndi dağətəyi ərazidə yerləşir.
Toponim tat dilindəki qərs (əkin, əkin yeri) sözündən və - lə
şəkilçisindən ibarət olub, “kiçik əkin yeri” mənasındadır.
Qəzli(məlumat yoxdur)
Qıçatan kəndi dağətəyi ərazidə yerləşir.
Toponim monqol dilindəki qıçat (hakim üçün səhər yeməyini təşkil
edənlərin başçısı) sözündən və fars dilindəki - an cəm
şəkilçisindən ibarətdir. Kəndin adı ehtimal ki, monqol işğalları
dövründə (XIII əsr) bu ərazidə məskunlaşmış qıçatların
adındandır.
Qoşakənd kəndi rayon mərkəzindən 14 km C.Şərqdə
Girdiman çayının sağ sahilindən 4 km aralı, Acınohur ön dağlığı
yamacındadır. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla
məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb
məntəqəsi var. Gənzə yaylasında yerləşir. Toponim “yanaşı iki
kənd” mənasındadır. Kənd çox güman ki, keçmişdə yaxınlıqda
yerləşən iki müstəqil yaşayış məntəqəsindən ibarət olmuş,
sonralar onların tədricən böyüyərək birləşməsi nəticəsində əmələ
gəlmişdir.
Qoydan kəndi Lahıc turizm zonasında, Girdiman
çayının sol sahilində yerləşir.Əhalisi 72 nəfərdir.Əhali əsasən
heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi
ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay
mövsümündə avtomobillə,qış mövsümündə isə Lahıc qəsəbəsindən
sonra 6 km yolu piyada və ya atla getmək olar.
İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından
keçir. Dağətəyi ərazidə yerləşir. Kuyidan sözünün təhrif olunmuş
şəklidir. Toponim tat dilindəki (dağlı) sözündən və cəmlik
bildirən - an şəkilçisindən ibarətdir. “Dağlılar” mənasını
bildirir.
Qubaxəlilli kəndi mərkəzdən 33 km Cənubda,
Ağsu-Qaraməryəm tirəsinin ətayində yerləşir. Əhalisi əkinçilik
və heyvandarlıqla məşğul olur. Qəsəbədə məktəb, xəstəxana var.
Qəsəbədən 2 km C.Qərbdə Girdiman çayının sağ sahilində e.ə. 3
əsr və eramızın 2-ci əsrinə aid qədim qabiristanlıq var.
Arxeoloji tədqiqatlar zamanı müxtəlif əşya və alətlər aşkar
edilmişdir.
Qurbanəfəndi kəndi «Şirinsu-Qız qalası» turizm
zonasında, İsmayıllı-Qəbələ şossesinin 14-cü km-də,yolun
kənarında yerləşir.Kəndin əhalisi 1041 nəfərdir.Kənd işıqla
təmin olunur. Kənd əhalisi əkinçilik,maldarlıqla və
bostançılıqla məşğul olur. Burada yerləşən Şirinsu istirahət
zonası il boyu yüksək səviyyədə xidmətə malikdir.Burada 80
nəfərlik Şirinsu turizm kompleksinin tikilməsi nəzərdə tutulub.
İsmayıllı-Qalacıq daxili turist marşrutu,İsmayıllı-Qalacıq-Quba
və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon
ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.
Sığaq çayının sahilində dağətəyi ərazidə yerləşir. Yaşayış
məntəqəsi Qurban Əfəndi adlı ruhani bir şəxsə məxsus ailələrin
məskunlaşması nəticəsində yarandığına görə belə adlanmışdır.
Quşəncə kəndi rayon mərkəzindən 10 km cənub
qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil
yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında
yerləşir.Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur.
Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda
kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə
şöbəsi fəaliyyət göstərir. Burnovul dağ silsiləsinin
yamacındadır. Kəndin adı təhrifə uğramışdır. XIX əsrə aid
sənədlərdə Quşçu Yengicə kimi qeyd olunan toponimin birinci
tərəfi quşçu etnonimindən ibarətdir. Bunu kəndin yaxınlığında
qeydə alınan Quşçudərəsi oronimi də sübut edir. XIX əsrdə
Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu
etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana
çıxması güman olunur. VII əsrdə sarmat tayfaları arasında
xuşilərin (quşilərin) də adı çəkilir. Toponimin ikinci tərəfi
isə “yeni” mənasında işlədilən yengicə sözündən (tələffüzdə
tədricən təhrif olunaraq encə formasına düşmüşdür) ibarətdir.
Deməli, etnonim quşçu və yengicə sözlərindən ibarət olub “yeni
Quşçu kəndi” mənasını bildirir.
Ruşan(Mehdiabad) kəndi rayon mərkəzindən 13 km
qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və
heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana
fəaliyyət göstərir. Dağətəyi ərazidə yerləşir. Əvvəllər gəlmə
ermənilər yaşayan kənd Ruşan (farsca “dağ keçidi”) adlanırdı.
Sonralar Ermənistandan Qazaxıstana qovulmuş, oradan isə buraya
pənah gətirmiş azərbaycanlılar məskunlaşdı. Qarabağda şəhid
olmuş, milli qəhrəman Mehdi Abbasovun xatirəsinə valideynləri
yaşayan kəndə Mehdikənd adı verilib.
Şəbiyan kəndi Girdiman çayının sahilində,
dağətəyi düzənlikdə yerləşir. Oykonim fars dilindəki şəb(dərə,
cığır) sözü, -i birləşdirici fonemi və -an cəmlik, məkan
bildirən komponentdən ibarət olub, “dərələr, dərə yeri”
mənalarını verir. Kənd salındığı ərazinin adını daşıyır
Sədiyan kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Toponim
Sədi şəxs adından və -an cəm şəkilçisindən ibarət olub,
“sədilər” mənasındadır.
Sərdahar kəndi “Mərkəzi” turizm zonasında
yerləşir. Girdiman çayının sol sahilində yerləşən kəndin əhalisi
182 nəfərdir. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul
olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana
və çayxana yoxdur. “İsmayıllı-Lahıc”daxili turist marşrutu və
“İsmayıllı-Lahıc-Quba” turist marşrutu kəndin yaxınlığından
keçir. Kənddən Tircan kəndinə piyada və atla ketmək üçün cığır
vardır.Kəndə avtomobillə getmək olar. Girdiman çayının
sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Toponim
tat dilindəki sər(baş) və dahar (qaya) sözlərindən ibarət olub,
“qaya başı” mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır.
Sərsurə kəndi dağətəyi ərazidə yerləşir.
Toponim tat dilindəki sər (baş, üst) və surə (bulaq, mənbə)
sözlərindən ibarət olub, “bulaq üstü, bulaq başı” mənasındadır.
Kəndin adı ərazisindəki gur sulu bulaqlarla əlaqədardır.
Şirvanmeşə kəndi «Şirinsu-Qız qalası» turizm
zonasında, İsmayıllı-Qəbələ şossesinin 18-ci km-də,yoldan 1 m
kənarda yerləşir.Əhali 22 nəfərdir. Əhali bağçılıq, bostançılıq,
taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin
olunur. Kənddə yeməkxana və çayxana yoxdur. Göyçayın sahilində,
Alazan-Əyriçay çökəkliyindədir. Şirvan meşə kombinatı yanında
salındığına görə belə adlandırılmışdır.
Soltankənd kəndi dəvəbatan çayının sahilində,
Acınohur ön dağlığındadır. Toponim Soltan (şəxs adı) və kənd
sözlərindən ibarət olub, “Soltanın kəndi, Soltana məxsus kənd”
mənasındadır.
Şükürçü kəndi Burnovuldağ silsiləsinin (Quşencə
yaylasının cənub qərbində) ətəyində yerləşir. Oykonim Şükür
(şəxs adı) və - çü komponentlərindən ibarətdir. Ehtimal ki,
kəndin ilk sakinlərindən olan Şükürün adı ilə əlaqədar Şükürlü
adlanmış, sonra isə təhrif olunaraq Şükürçü kimi tələffüz
edilmişdir.
Sulut kəndi rayon mərkəzindən 45 km Şərqdə dağ
ətəyində yerləşir. Əhali əkinçilik və maldar-lıqla məşğuldur.
Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. Kənddə
Sulut abidələri adlanan, orta əsrlərə aid yaşayış yeri, Buzxana,
Cümə Məscidi, Qıjılıq adlı yerdə qala, məqbərə və s. mövcuddur.
Ağsu çayının sağ qolu olan Sulut çayının ətrafında Haram qalası,
Qırxotaq qəsri, Fitdağ qalası komplek-sləri yerləşir. Qazıntılar
zamanı maddi-mədəniyyət nümunələri, o cümlədən müxtəlif əşyalar
və 13-15 əsrlərə aid mis və gümüş sikkələr tapılmışdır.Dağətəyi
ərazidə yerləşir. Toponim eyni adlı çayın adı ilə bağlıdır.
Sulut kəndindən və onun ətrafından orta əsrlərə (xüsusilə XIII -
XV yüzilliklərə) aid zəngin maddi mədəniyyət nümunələri
tapılmışdır.
Sumağallı kəndi «Şirinsu-Qız qalası» turizm
zonasında, İsmayıllı-Qəbələ şossesinin 22-cü km-də, yoldan 1 m
kənarda yerləşir.Əhali 793 nəfərdir. Əhali bağçılıq,
bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd
işıqla təmin olunur.Kəndin ərazisində yeməkxana ilboyu fəaliyyət
göstərir. İsmayıllı-Qalacıq daxili turist marşrutu,
İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist
marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu
kəndin içindən eçir.Kəndə yaxın məsafədə «Maydərsi» adlanan
yerdə hal-hazırda istirahət mərkəzi tikilməkdədir. Göyçayın
sahilində, dağətəyi ərazidə yerləşir. Toponim kəndin yerləşdiyi
ərazidə çoxlu sumaq kollarının olması ilə bağlıdır.
Tağlabiyan kəndi Tağlabiyan rayon mərkəzindən
40 km şərqdə Niyaldağ silsiləsinin ətəyində yerləşir. Əhalisi
əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Kənddə məktəb,
kitabxana, tibb məntəqəsi vardır. Kənd rayonun
«Bədo-Basqal»turizm zonasında yerləşir.Kəndin əhalisi 242
nəfərdir. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul
olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana
və çayxana yoxdur. Kəndə avtomobillə getmək olar. Niyaldağ
silsiləsində yerləşir. Mənbələrdə Taqlabian yazılış formasına da
təsadüf olunur. Tədqiqatçıların fikrincə, toponim özündə tağla
(Azərbaycanın qədim təklə tayfasının adının tələffüzdə təhrif
edilmiş forması) və biyan (bitki adından) ibarətdir. Biyan
sözünün bəzi şivələrdə “çöl” mənası da var.
Talış kəndi dağətəyi ərazidə yerləşir. Qızılbaş
tayfa ittifaqında yeganə irandilli tayfa olan talışlar
Səfəvilərin hakimiyyətə gəlməsində və Səfəvilərin dövlətinin
möhkəmləndirilməsində müəyyən rol oynamışlar. Bu xidmətlərinə
görə Səfəvi hökmdarları sonralar onlara Azərbaycanın ayrı-ayrı
yerlərində “ölkə” adı ilə müəyyən ərazilər vermişdilər. Talış,
Talışlar, Talışmuru yaşayış məntəqələrinin adı talış etnonimi
ilə əlaqədardır.
Talıstan kəndi rayon mərkəzindən 14 km C.Şərqdə
Girdiman çayının sağ sahilindən 4 km aralı, Acınohur ön dağlığı
yamacındadır. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla
məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb
məntəqəsi var. Talıstan çayının sol həm də sağ yaşayış yeri və
qəbir abidələrindən metal əşyalar, silahlar, zəngin keramika
nümünələri və saxsı qablar tapılmışdır. Tapıntılardan məlum
olmuşdur ki, bu ərazidə hələ 2-1 əsrlərdə yaşayış
olmuşdur.Şirəxanı dağı ətəyində yerləşir. Toponim qismən təhrifə
uğramışdır. Bəzi tədqiqatçılara görə, tala (meşədə açıq sahə) və
İran dillərindəki stan (yer, məkan) sözlərindən ibarət olub,
“tala olan yer, tala yeri, talalı sahə” mənasındadır. Rayonun
ərazisində eyniadlı çay da var
Təzəkənd kəndi adından da göründüyü kimi elə də
qədim tarixə malik olan kənd deyil. Ötən əsrin əvvəllərində dağ
kəndlərində yaşayan əhali yavaş-yavaş məskən salmaq üçün köç
edib bu kəndə. Öncə kənd ərazisinin aşağı hissəsində Qazmalar
deyilən(indi camaat ora Heyvalıq deyir) yeri yaşamaq üçün
seçiblər. Əhali əsasən Həftəsov, Müdri, Müdürsə, Mişgəmir,
Kəlfərəc, Zanqı və s. kimi kəndlərdən gəlmələrdir.
Bakı-İsmayıllı yolu üzərində, Girdiman cayının yaxınlığında
yerləşir. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin
yuxarı hissəsindən geniş meşə zolağı başlayır. Yerli əhali
istirahət üçün "Suyun gözü" deyilən yeri əlverişli yer hesab
eləyir. Kənddə tibb məntəqəsi, on bir illik məktəb, poct
məntəqəsi və bu yaxınlarda inşa edilmiş məscid fəaliyyət
göstərir. İlkin adı Musakənd olub deyirlər. Müxtəlif kəndlərdən
gəlmiş əhali burada məskunlaşdıqdan sonra kənd belə adlanmışdır.
Tircan kəndi İsmayıllı rayonun mərkəzindən 23
km cənub şərqdə Şamaxı-İsmayıllı avtomobil yolu kənarında dağ
ətəyində yerləşir. Əhalisi əsasən təsərrüfatla və heyvandarlıqla
məşğuldur.Mədəniyyət evi, orta məktəb, tibb məntəqəsi var.
Kəndin cənubunda antik dövrə aid qəbiristanlıq aşkar edilmişdir.
Qədim Albanlara məxsus olan bu abidə e.ə. 1-ci minilliyin sonuna
təsadüf edir. Oradan müxtəlif saxsı qablar, dəmirdən hazırlanmış
əmək alətləri. silah nümünələri və s. tapılmışdır. Tircandan 3-4
km cənub şərqdə orta əsrlərə aid yaşayış məskəninin
xarabalıqları yerləşir. Buradan 8-13 əsrlərə aid müxtəlif
əşyalar aşkar edilımişdir. Tapıntılardan o da məlum olmuşdur ki,
Tircan ərazisinin hələ e.ə. 1-ci minilliyin yarısından
məskunlaşdığını ğöstərir. Bəzi tədqiqatçılara görə toponim
monqol dilindəki tərqən (alaçıq düzəldənlərin başçısı, keçmişdə
saraylarda vəzifə) sözünün təhrif olunmuş formasıdır.
Topçu kəndi rayon mərkəzindən 14 km şimal
qərbdə Alazan-Həftəran vadisində yerləşir. Əhalisi maldarlıq və
əkinçiliklə məşğuldur. Topçuda orta məktəb, klub, kitabxana,
tibb məntəqəsi var. Ərazi sıx meşəliklə örtülüdür. Topçu
meşəsində ğözəl istirahət güşələri fəaliyyət göstərir.Əhalisi
1403 nəfərdir. Kənd işıqla təmin olunur. Kənddə ilboyu fəaliyyət
göstərən yeməkxana və çayxana vardır. İsmayıllı-Qalacıq daxili
turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və
İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən
keçən əsas turist marşrutu kəndin yanından keçir. Əsl adı Topiçi
olub. Oykonim Azərbaycan dilinin dialektlərində işlənən
top(meşə) və içi (içərisi, daxili) komponentlərindən yaranıb,
“meşənin içərisində salınmış kənd” mənasını verir. Kənd
həqiqətən meşə içərisindəki talada salınmışdır və onun ətrafında
indi də Alaşöz topu, Çayqırağı topu adlı meşə sahələri vardır.
Tubikənd kəndi Quruçayın sahilində, Baş Qafqaz
silsiləsinin ətəyindədir. Oykonim bəzi mənbələrdə Tubakənd kimi
qeyd olunmuşdur. Kəndin yaxınlığında eyniadlı çay da var.
Tədqiqatçılara görə, tuba komponenti erkən orta əsrlərdə Qərbi
Türk xaqanlığının tərkibində olmuş teleslərin toba/tuba
tayfasının adı ilə əlaqədardır. V əsrdə tele tayfa ittifaqına
daxil olan tubalar çox güman ki, qıpçaqların tərkibində
Azərbaycanda məskunlaşıblar. Şimali Altayda tublar adlı etnik
qrup mövcuddur. Volqaboyu tatarlar və qırğızlar arasında da tuba
etnonimi qeydə alınmışdır.
Uştal kəndi Acınohur ön dağlığındadır. Toponim
çox güman ki, Azərbaycan dilindəki Üçtala sözünün təhrif olunmuş
variantıdır; üç (say bilidirir) və tala (açıq yer, düzən)
sözlərindən ibarətdir. Sonralar bir müddət gəlmə erməni ailələri
orada məskunlaşdıqdan sonra Uçtal formasına düşmüşdür.
Uştalqışlaq kəndi Acınohur ön dağlığındadır.
Toponim Uştal (kənd adı) və qışlaq komponentlərindən ibarət
olub, “Uştal kəndinin qışlağı, uştallılara məxsus qışlaq”
mənasındadır. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə
çevrilən Uştalqışlaq keçmişdə uştallıların qışlaq yeri olmuşdur.
Valasin(məlumat yoxdur)
Varna kəndi Baş Qafqaz silsiləsinin yamacında
yerləşir. Əsl adı Vornədir. Yaşayış məntəqəsi XIX əsrdə Həftəsov
kəndindən gəlmiş ailələr Vornə (Varna) dərəsində məskən
saldığına görə belə adlanmışdır. Lahıc dilində vornə “küləksiz”
mənasındadır (var - külək, nə- inkar bildirən şəkilçidir).
Rayonun ərazisində eyni adlı çay, göl və mineral bulaq da var.
Vaşa kəndi «Lahıc» turizm zonasında yerləşir.
Ümumi əhalisi 165 nəfərdir. Əhali maldarlıqla və bostançılıqla
məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə
yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə,
qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5-8 km yolu piyada
və ya atla getmək olar.Girdiman çayının sahilində, dağlıq
ərazidədir. XIX əsrə aid rusdilli sənədlərin birində yaşayış
məntəqəsi Veşa kimi göstərilmişdir. Kəndin adı əslində tat
dilindəki veşə (meşə) sözü ilə bağlıdır.
Vələsli(məlumat yoxdur)
Vəng kəndi Baş Qafqaz silsiləsinin cənub
yamacında yerləşir. Toponim “kilsə, məbəd” mənasındadır. Vaxtilə
bu ərazidə yaşayan qədim albanlar xristianlığı qəbul etmişlər.
Kəndin ərazisində qədim kilsə xarabalıqları var. Ümumiyyətlə,
respublika ərazisində mövcud olan xristian məbədlərinin təriqət
mənsubluğundan asılı olmayaraq azərbaycanlılar vəng
adlandırırlar.
Xanəgah kəndi Ax-Ox çayının sol sahilində,
İsmayıllı- Qəbələ şossesinin 7-ci km-də,yolun kənarında
yerləşir. Əhalisi 521 nəfərdir.Əhali heyvandarlıq və əkinçiliklə
məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Qədim «Qız
qalası»Xanagah kəndinin ərazisində yerləşir. Burada yerləşən Qız
qalası istirahət zonası il boyu yüksək səviyyədə xidmətə
malikdir.İsmayıllı-Qız qalası daxili turist
marşrutu,İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ
turist marşrutları və rayon ərazisindən keçən əsas turist
marşrutu Xanagah kəndindən keçir. Kəndin adı əvvəl orada mövcud
olmuş ibadətgahın adı ilə əlaqədardır. Xanəgah (ziyarətgah, pir
və müqəddəs qəbir ətrafında tikililər, zəvvarlara məxsus tikili
qrupu) sözündəndir. Xanəgah, ümumiyyətlə, “dərvişlərin məskəni”
mənasındadır. Xanəcahlar müqəddəs yerlərin üstündə tikilirdi.
Xankəndi kəndi Xankəndi çayının sahilində,
dağətəyi ərazidə yerləşir. Toponim xan və kənd sözlərindən
ibarət olub, “xana məxsus kənd” mənasındadır. Keçmişdə Şirvan
xanı Mustafa xana (1790/91-1826-cı illər) məxsus ailələrin
məskunlaşması nəticəsində yaranmışdır.
Xəlilli kəndi Girdiman çayının sahilində.
dağətəyi düzənlikdə yerləşir. Tam adı Xəlillli Qasımbəydir. Kənd
xəlilli tayfasından Qasım bəyə məxsus ailələrin məskunlaşması
nəticəsində yaranmışdır. Xəlillilər keçmişdə Şirvan zonasında
yaranmış ellərdən birinin adıdır. Xəlillilər mənşəcə XIII əsrdə
Qərbi Türküstandan köçürülmüşlər.
Ximran kəndi Lahıc turizm zonasında yerləşir.
Əhalisi 24 nəfərdir. nəfərdir. Əhali əsasən heyvandarlıqla
məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir.Kəndə yay
mövsümündə avtomobillə getmək olar.Kənddə yeməkxana və çayxana
yoxdur. Niyaldağ silsiləsinin yamacındadır. Yerli əhali Xumrun
adlandırır. Keçmişdə həm də Ximran Zəngi adlanmışdır. Bu, kəndin
Zəngi çayının sahilində yerləşməsi ilə bağlıdır. Yaşayış
məntəqəsini mənşəcə Əhən kəndindən çıxmış ailələr salmışlar.
Ximrun tat dilindəki xəm (uçqun, çökək) sözü və məkan bildirən -
run şəkilçisindən ibarət olub, “çökəklik” mənasındadır. Kəndin
coğrafi mövqeyi də adın mənasına uyğundur. Kənd Kələgöz
dərəsinin sol tərəfində, dağlıq ərazidə yerləşir.
Yuxarı Bugur(məlumat yoxdur)
Zangi(məlumat yoxdur)
Zarat kəndi Lahıc turizm zonasında, Girdiman
çayının sol sahilində yerləşir. Əhalisi 35 nəfərdir. Kənd
əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur.
Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və
çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə
isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək
olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin
yaxınlığından keçir. Kənddən Şamaxının Xeybər-Tarat kəndinə
piyada yol vardır.
Zərgəran kəndi Baş Qafqaz silsiləsinin
ətəyindədir. Toponim zərgər (zinət şeyləri hazırlayan sənətkar)
sözündən və cəmlik bildirən - an şəkilçisindən ibarət olub,
“zərgərlər” mənasındadır. Yaşayış məntəqəsini həqiqətən də
keçmişdə Lahıc nahiyəsində zərgərliklə məşğul olmuş ailələr
salmışdır. Rayonun ərazisində eyniadlı mineral bulaq da var.
Zərnava kəndi “Lahıc” turizm zonasında
yerləşir. Kəndin əhalisi 601 nəfərdir. Əhali əsasən
heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd
elektrik enercisi ilə təmin edilir.Kənddə yeməkxana və çayxana
yoxdur. Yay mövsümündə kəndə avtomobillə,qış mövsümündə isə
yolun son 8 km-ni atla və ya piyada getmək lazımdır. Piyadalar
kəndə gedərkən Girdiman çayı üzərində olan asma körpüdən
istifadə edə bilərlər. Girdiman çayı sahilində, İlandağ
silsiləsinin ətəyindədir. Kənd ərazisindəki Zərnova mineral
bulağının adı ilə adlanmışdır.
Zeyvə kəndi Basqal qəsəbəsi yaxınlığında
kənddir. Rayon mərkəzindən 35 km Şərqdə, Niyaldağ silsiləsinin
(Böyük Qafqaz) ətəyində yerləşir.Əhalisi heyvandarlıq və kənd
təsərrüfatı ilə məşğul olur. Kənddə məktəb fəaliyyət göstərir.
Qədim memarlıq abidələrindən 19 əsrə aid səkkizbucaqlı türbə
mövcuddur. Baş Qafqaz yaylasındadır. Zeyvə ərəb dilindəki zaviyə
sözü ilə eyni köklüdür və “hücrə”, “ibadətgah”, “künc”, “bucaq”,
“guşə” mənalarında işlədilir. Müəyyən dövrlərdə, o cümlədən
Səfəvilər dövründə ruhanilər imtiyazlı zümrələrdən hesab
olunurdu. Zeyvə adlı məntəqələr camaatdan kənarda, ömürlərini
ibadətdə keçirən ruhanilər, tərkidünyalar (onlar zaviyənişin,
inzivanişin adlanırdılar) üçün salınmış məntəqələr idi.
Zoğallıq kəndi Dəvəbatan çayının sahilində, dağ
silsiləsinin yamacındadır. Kənd zoğallıq (zoğal ağacları bol
olan sahə) ərazidə salındığı üçün belə adlandırılmışdır